ODERO

Yardım mərkəzi

Peşəkar dəstək komandamızla ən sürətli həlli təmin etmək üçün buradayıq. Sualınız və ya yaşadığınız çətinliklə əlaqəli kateqoriyadan dəstək məzmununa baxa bilərsiniz və ya tez-tez verilən sualları nəzərdən keçirə bilərsiniz.

Tez-tez verilən suallar

Odero xidmətlərindən faydalanmaq üçün VÖEN sahibi olmalıyam?

Bəli, Odero xidmətlərindən faydalanmaq üçün VÖEN-iniz olmalıdır. İndi Müraciət Edin bölməsində dolduracağınız müraciət forması ilə xidmətlərimizdən faydalanmağa başlaya bilərsiniz.

Müraciət prosesim nə vaxt başa çatacaq?

Müraciətinizdən dərhal sonra sizinlə əlaqə saxlayan komandamız məlumat və sənədləriniz tam olduqda 24 saat ərzində müraciətinizi yekunlaşdıracaq. Biznes modelinizlə bağlı əlavə məlumat/sənəd tələbləri səbəbindən proses daha uzun çəkə bilər. Qeyd: İş saatlarımız həftə içi 09.00-18.00, şənbə-bazar günü edilən müraciətlər ilk iş günü cavablandırılır.

Müxtəlif veb-saytlarım üçün Odero xidmətlərindən istifadə edə bilərəm?

Bəli. Fərqli veb-saytlarınız üçün ayrıca müraciət etməklə Odero xidmətlərindən faydalana bilərsiniz.

Odero komissiya faizləri nə qədərdir?

Komissiya faizlərini öyrənmək üçün [email protected] e-poçt ünvanına yazmaq kifayətdir. Komandamız sizinlə əlaqə saxlayacaq.

Ödənişlərimi hansı kanal vasitəsilə alacam?

Ödənişləriniz müraciət zamanı təsdiqlənmiş bank hesabınıza köçürüləcək.

Ödənişlərimin hesabıma köçürülməsi üçün nə qədər vaxt lazımdır?

Əgər ödəniş uğurla həyata keçibsə növbəti iş günü bank hesabınıza köçürüləcək.

Keçən əməliyyatların təfərrüatlarına necə baxa bilərəm?

Müştərilərinizdən daxil olan ödəniş ve ləğv/geriqaytarmaların ümumi və ətraflı hesabatını Odero Üzv İş Yeri Panelindən izləyə bilərsiniz.

Ləğv/Geri qaytarma əməliyyatı nədir?

Ləğv: Satış əməliyyatı ilə eyni gündə edilən ləğv tələbləri ləğv kimi qəbul edilir. Geri qaytarma: Satış əməliyyatının növbəti günü və sonrakı günlərdə edilən ləğv tələbləri geri qaytarma kimi müəyyən edilir.

Ləğv/Geri qaytarma əməliyyatını necə edə bilərəm?

Ləğv etmə/geri ödəmə əməliyyatlarınızı Üzv İş Yeri Paneli və API vasitəsilə həyata keçirə bilərsiniz.

Ləğv/Geri qaytarma əməliyyatı üçün ödəniş nəzərdə tutulur?

Xeyr, ləğvetmə və geri qaytarmalar ödənişsizdir.

Sualınıza cavab tapa bilmədiniz? 7/24 Məlumat Mərkəzimiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Bizimlə əlaqə saxlayın