May 2, 2023

2023 E-ticarət trendləri

Günümüzdə mobil cihazlardan və yüksək sürətli internetdən istifadənin artması, demək olar ki,dünyanın hər yerində sosial şəbəkələrdən geniş şəkildə yararlanmağa şərait yaradır. Bu isə öz növbəsində  elektron ticarətin böyüməsinə və inkişafına təkan verir.  Bəs milyardlarla insanın fəal şəkildə istifadə etdiyi sosial mediadan  marketinq ehtiyacları üçün necə istifadə edə bilərik?  Ümumiyyətlə, Sosial Media Marketinqi nədir? Sosial media ilə onlayn satışlarımızı necə artıra bilərik? 

SMM NƏDİR?

SMM (Sosial Media Marketinq) - auditoriya qazanmaq, satışları artırmaq, və biznesi yerli əhalidən kənarda genişləndirmək üçün sosial media platformalarından istifadəni nəzərdə tutan qabaqcıl onlayn marketinq formasıdır. Ümumiyyətlə, internetdə məhsul satan müəssisələr rəqəmsal marketinq fəaliyyətləri üçün müəyyən sosial media platformalarından istifadə edirlər. Dünyanın bir çox yerində trenddə olan “Amazon.com”, “Ebay.com”, “Aliexspress.com” kimi saytlara artıq  ölkəmizdə də kifayət qədər maraq var. Sosial şəbəkələr içərisində isə İnstagram, Youtube, Tiktok, Facebook və Twitter ən çox istifadə edilən sosial media platformaları olaraq bilinir.

Ən uğurlu onlayn satış platforması - TikTok

2023-cü ildə, xüsusilə, iş adamlarının son zamanlar yeni sosial media platformalarından biri olan TikTok-a üstünlük verildiyi görülür. Çünki TikTok  ölkəmizdə və dünyada ən çox istifadə edilən sosial media platformalarından biridir.

Elektron ticarət şirkətləri üçün TikTok-un əhəmiyyəti

TikTok daha çox gənclərin istifadə etdiyi sosial media platforması olduğu üçün, xüsusilə hədəf auditoriyası gənclərdən ibarət olan müəssisələr üçün vacibdir.Bu gün bu platforma həm asudə vaxtlarını keçirmək istəyən insanlar, həm də markalar tərəfindən geniş istifadə olunur. Xüsusilə, e-ticarət şirkətləri Tiktokdan istifadə edərək onun bir çox üstünlüklərindən faydalanırlar:

  • TikTok müəssisələrin hədəf auditoriyasına çata biləcəyi bir sosial media platforması olaraq bilinir
  • TikTok reklamlarının hesabına müəssisələr öz brendlərini  aşağı büdcə ilə daha çox insana çatdıra bilər
  • E-ticarət şirkətlərinin TikTok-dakı daim dəyişən tendensiyalarla əlaqədar gündəmdə qalmaları mümkündür
  • Günümüzdə video məzmuna maraq artdıqca müəssisələr TikTok ilə daha populyar məzmun yarada bilərlər
  • E-ticarət sahəsində fəaliyyət göstərən onlayn satış mağazaları TikTokun faydalarından yararlanmaq istəyirlərsə, bir TikTok hesabı yaratmalı, bu hesabdan düzgün və davamlı paylaşım etməyə diqqət etməlidirlər. Beləliklə, biznesinizi sürətlə inkişaf etdirmək mümkündür

İnfluencer marketinq fəaliyyəti - İnstagram

2023-cü ilin e-ticarət sektorunda daha uğurlu satış platformalarından biri də İnstagramdır. Bu platforma öz brendinizi yaratmaq və onu onlayn auditoriyaya çatdırmaq üçün əlverişli vasitədir. Amma sizin sadəcə auditoriyaya deyil, həm də engagement-ə ehtiyacınız var: rəylər, bəyənmələr, paylaşımlar və digər fəaliyyətlər sizin kontentin insanlarda nə dərəcədə rezonans yaratdığına sübutdur.

İnstagram üzərindən onlayn satış edərkən bu nüanslara mütləq diqqət edin

  • Cəlbedici başlıqlar yazın
  • Kontentinizi maraqlı hala salmaq üçün yarışmalar, anketlər, suallar və testlər edib, hədəf kütlənizi aktiv saxlamağa çalışın
  • Suallara və şərhlərə cavab verin
  • Davamlı və strateji vaxtlarda paylaşım edin
  • Kəşf et-ə düşmək üçün diqqət çəkən şəkillər paylaşın
  • Instagram hekayələrində aktiv olun.
  • Həştəqlərdən yerində və düzgün istifadə edin

Sosial media hesabları könüllü olaraq izlənilən hesablardır. Korporativ hesabların sosial media fenomenləri qədər izləyicisi olmur, lakin  bu hesabların effektivliyi  reklamlar sayəsində artırıla bilər.  E-ticarət platformasında bu və ya digər sosial şəbəkələr üzərindən uğurlu satış etmək üçün sizə SMM xidmətlərimizdən yararlanmağı təklif edirik.

Digər yazılara baxın

Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar

Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar

Rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu proses davamlı olaraq inkişaf edir. Bir zamanlar bank kartlarından istifadə bugünkü qədər geniş yayılmamışdı, hazırda onlayn alış-veriş, mobil ödənişlər və rəqəmsal maliyyə xidmətləri gündəlik həyatımızın bir hissəsidir.

Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?

Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?

Sosial media kiçik bizneslər üçün yalnız məhsul və xidmətlərin tanıdıldığı platforma olmaqdan çıxaraq satış kanallarından birinə çevrilib. Müştəri məhsulu sosial mediada görür, bizneslə birbaşa əlaqə saxlayır, sifarişini verir və bütün prosesi onlayn şəkildə tamamlamaq istəyir.

Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq

Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq

Sentyabr ayı yeni tədris ilinin başlanğıcı ilə yanaşı, məktəb və təhsillə bağlı xərclərin də artdığı dövrdür. Dəftərxana ləvazimatlarından məktəb geyimlərinə, kurslardan təhsil ödənişlərinə qədər bir çox ehtiyac məhz bu dövrdə aktuallaşır.

Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?

Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?

Onlayn alış-verişin inkişafı ilə istifadəçilərin ödəniş üsullarına olan gözləntiləri də dəyişir. Müştərilər artıq yalnız məhsul və ya xidmət seçiminə deyil, ödənişi necə həyata keçirə biləcəklərinə də önəm verirlər. Kartla ödəniş, rəqəmsal cüzdanlar və digər alternativlərlə yanaşı, taksitli ödəniş imkanı da daha çevik alış-veriş təcrübəsinin bir hissəsinə çevrilib.

Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?

Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?

Rəqəmsal ödənişlərin gündəlik həyatımızda geniş yayılması ilə kartdan-karta köçürmələr də vəsait göndərməyin ən çox istifadə olunan üsullarından birinə çevrilib. Lakin şəxslər arasında pul köçürmək üçün rahat olan bu üsul, bizneslərin müştərilərindən davamlı şəkildə ödəniş qəbul etməsi üçün hər zaman ən uyğun seçim deyil.

QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?

QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?

Son illərdə rəqəmsal ödəniş texnologiyalarının inkişafı ilə QR kod vasitəsilə ödənişlər həm dünyada, həm də Azərbaycanda geniş yayılmağa başlayıb. Sadəcə bir QR kodu skan etməklə ödənişi bir neçə saniyə ərzində tamamlamaq mümkündür.