January 23, 2024
"Abunəlik ödənişlərini dəstəkləyə bilən tək ödəniş sistemi Odero oldu" - Yaşar Əhmədov | Metaflix platformasının CEO-su.
Günümüzdə istədiyimiz film və ya serialı izləmək üçün onun yayımlanacağı günü və saatı gözləməyə ehtiyac qalmayıb. Onlayn kino platformalarının izləyici sayı ənənəvi TV izləyici sayını sürətlə əvəz edir. Kinosevərlər yalnız Netflix, Disney+ kimi xarici platformalara deyil, həm də “Metaflix” kimi yerli platformalara üz tutur.
“Metaflix” platformasının rəhbəri Yaşar Əhmədovla Azərbaycanda kino platformalarının inkişafı və şirkətin fəaliyyəti haqqında söhbət etdik.
- “Metaflix”in fəaliyyəti haqqında məlumat verə bilərsiniz?
Həm yerli, həm də xarici istehsalın məhsulu olan filmləri nümayiş etdirərək, qısa zamanda böyük izləyici kütləsinə sahib olmuşuq. “Metaflix” həm sayt (www.metaflix.az), həm də mobil tətbiq olaraq fəaliyyət göstərir. Fəaliyyət göstərdiyimiz 1 il müddətində 10 000 abunə cəlb edə bilmişik.
- Platformanızın məqsədi nədir?
Məqsədimiz ölkənin internet məkanında müasir kino və serial istiqamətində yerli istehsalçıları stimullaşdırmaq, bu çərçivədə yaradıcı qüvvələri fəaliyyətə cəlb etmək, gənclərin bu sahəyə olan marağını artırmaqdır.
- “Metaflix”də yayımlanan hansı film və serialları qeyd edə bilərsiniz?
Platformamızda yayımlanan “Geri dönənlər”, “Qayıdış”, “İstintaq” kimi filmlər, “Bir qadın”, “İntizar”, “Uçurum” kimi seriallar izləyicilərin böyük marağına səbəb olmuşdur.
- İnsanlar bu filmləri necə izləyə bilər?
Platformaya abunə olmaq üçün izləyicilərə 1, 6 və 12 aylıq abunəlik paketləri təklif edirik. İzləyicilər uyğun paketi seçərək, onlayn ödəniş edib platformada yerləşən bütün film və serialları rahatlıqla izləyə bilirlər.
- Bəs ödənişi nə şəkildə alırsınız?
Ödəniş məsələsi ilə əlaqəli bir çox şirkətlə görüşlər keçirdik. Burada bizim üçün vacib olan təhlükəsiz və fasiləsiz olaraq abunəlik ödənişlərini ala bilmək idi. Abunəlik ödənişlərini dəstəkləyə bilən tək ödəniş sistemi Odero oldu. Odero Koç Holdinqin Azərbaycanda fəaliyyət göstərən onlayn ödəniş sistemidir. İzləyicilərimizin kart məlumatlarının təhlükəsizliyini təmin etmək üçün Oderonun Kart yadda saxlama (Card Storage) xidmətindən də istifadə edirik. Artıq izləyicilərimiz bir dəfə abunə olmaqla 7/24 platformamızdaki film və seriallara baxa bilirlər.
- Yaşar bəy, platformanızda nə yeniliklər var?
Hal-hazırda romantik komediya janrında çəkilən “Evdə qalmış” filmini yalnız “Metaflix”ə abunə olaraq izləyə bilərsiniz. Qısa zamanda isə çoxdandır gözlənilən “Hozu Zona” və ilk yerli qorxu filmi olan “Xənnas” da platformamızda yayımlanacaq. Hər birinizə xoş izləmələr!
Digər yazılara baxın
Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar
Rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu proses davamlı olaraq inkişaf edir. Bir zamanlar bank kartlarından istifadə bugünkü qədər geniş yayılmamışdı, hazırda onlayn alış-veriş, mobil ödənişlər və rəqəmsal maliyyə xidmətləri gündəlik həyatımızın bir hissəsidir.
Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?
Sosial media kiçik bizneslər üçün yalnız məhsul və xidmətlərin tanıdıldığı platforma olmaqdan çıxaraq satış kanallarından birinə çevrilib. Müştəri məhsulu sosial mediada görür, bizneslə birbaşa əlaqə saxlayır, sifarişini verir və bütün prosesi onlayn şəkildə tamamlamaq istəyir.
Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq
Sentyabr ayı yeni tədris ilinin başlanğıcı ilə yanaşı, məktəb və təhsillə bağlı xərclərin də artdığı dövrdür. Dəftərxana ləvazimatlarından məktəb geyimlərinə, kurslardan təhsil ödənişlərinə qədər bir çox ehtiyac məhz bu dövrdə aktuallaşır.
Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?
Onlayn alış-verişin inkişafı ilə istifadəçilərin ödəniş üsullarına olan gözləntiləri də dəyişir. Müştərilər artıq yalnız məhsul və ya xidmət seçiminə deyil, ödənişi necə həyata keçirə biləcəklərinə də önəm verirlər. Kartla ödəniş, rəqəmsal cüzdanlar və digər alternativlərlə yanaşı, taksitli ödəniş imkanı da daha çevik alış-veriş təcrübəsinin bir hissəsinə çevrilib.
Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?
Rəqəmsal ödənişlərin gündəlik həyatımızda geniş yayılması ilə kartdan-karta köçürmələr də vəsait göndərməyin ən çox istifadə olunan üsullarından birinə çevrilib. Lakin şəxslər arasında pul köçürmək üçün rahat olan bu üsul, bizneslərin müştərilərindən davamlı şəkildə ödəniş qəbul etməsi üçün hər zaman ən uyğun seçim deyil.
QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?
Son illərdə rəqəmsal ödəniş texnologiyalarının inkişafı ilə QR kod vasitəsilə ödənişlər həm dünyada, həm də Azərbaycanda geniş yayılmağa başlayıb. Sadəcə bir QR kodu skan etməklə ödənişi bir neçə saniyə ərzində tamamlamaq mümkündür.