September 26, 2024

Abunəlik (Subscription) ödənişləri və ya Netflix, Spotify və Storytel ödənişləri necə alır?

"Abunəlik ödənişləri" bir xidmət və ya məhsulu müntəzəm olaraq əldə etmək üçün edilən dövri ödənişlərdir. Bu cür ödənişlər ən çox onlayn xidmətlər və rəqəmsal məzmunlar təqdim edən platforma və proqram təminatlarında istifadə olunur. Netflix, Spotify və Storytel kimi qlobal platformalar öz istifadəçilərinə aylıq və illik abunə paketləri təklif edir.

İstifadəçilər aylıq paketlərdə daha kiçik məbləğdə və ardıcıl ödənişlər edirlər. Birdəfəlik böyük ödəniş tələb etmədiyi üçün abunəliklər daha az maliyyə riski daşıyır. Bu, büdcə planlaşdırılmasını və xərclərin idarə edilməsini asanlaşdırır. İstifadəçi xidməti bəyənmədiyi halda abunəliyi ləğv edə bilər, bu da istifadəçinin riskini minimuma endirir. İllik paketlərdə isə birdəfəlik ödəniş edib endirim əldə bilərlər.

İstifadəçilər təkrarlanan ödənişlər vasitəsilə xidmətlərə fasiləsiz çıxış əldə edirlər və hər dəfə yenidən qeydiyyatdan keçmək məcburiyyətində qalmırlar. Abunəliklər istifadəçilərdə bir markaya və ya platformaya loyallıq hissi yaradır. Bu loyallıq təcrübənin yaxşılaşdırılması və müntəzəm istifadə ilə güclənir. Platforma öz istifadəçilərinə ən son yeniləmə və xüsusi təkliflərə dərhal giriş imkanı verir. Məmnun qalan müştərilər təkrarlanan ödəniş modeli ilə şirkətlərə davamlı gəlir axını təmin edir. Nəticədə şirkət daha dayanıqlı biznes planları quraraq sistemini gücləndirir.

 

Gördüyünüz kimi, abunəlik ödənişləri müasir ödəniş modellərində çox populyardır və həm istifadəçilər, həm də xidmət təminatçıları üçün bir çox fayda təqdim edir. Modelin işləmə prinsipi aşağıdaki kimidir:

 

1. Tarif seçimi

Platformalar öz istifadəçilərinə hər büdcə və ehtiyaca uyğun olan paketlər hazırlayır. Bu paketlərin ödənişi aylıq, illik və ya başqa bir dövrü (məsələn, üç ay) əhatə edə bilər. Planın dəyəri və təklif etdiyi imkanlar abunəliyin növündən asılıdır. Məsələn, Netflix kimi platformalarda fərqli səviyyələrdə abunə planları var: standart, premium və s. İstifadəçi şərtlərlə tanış olaraq istədiyi paketə abunə ola bilir.

 

2. Onlayn ödəniş

İlk abunəlik ödənişini etmək üçün platformanın təklif etdiyi ödəniş metodlarından biri seçilir. Platforma öz alıcılarının rahatlığı üçün bank kartı, apple pay, google pay və digər müasir ödəniş metodları ilə ödəniş imkanı təklif edir. Abunəçi ödəniş zamanı abunəlik şərtlərilə razı olduğunu təsdiq edir və tələb olunan kart məlumatların saxlanılmasına icazə verir. Platforma məlumat və ödənişlərin təhlükəsizliyini təmin etmək üçün lisenziyalı ödəniş təşkilatından xidmət almalıdır. Beləliklə, məlumatlar təhlükəsiz şəkildə şifrələnərək saxlanılır.

 

3. Təkrarlanan ödənişlər

Abunəlik dövrünün sonunda (aylıq, illik və s.) sistem avtomatik olaraq istifadəçinin hesabından təyin olunmuş məbləği çəkir. Bu, istifadəçinin xidmətin fasiləsiz istifadəsini təmin edir. İstifadəçi ödəniş məlumatlarını və ya abunəliyini ləğv etmədiyi müddətcə ödəniş təkrarlanır.

 

4. Abunəliyin idarə edilməsi

İstifadəçilər abunəliklərini hesab parametrlərindən idarə edə bilirlər. Bu o deməkdir ki, istifadəçi abunəliyini istədiyi zaman dayandırmaq, ləğv etmək və ya planı dəyişdirmək imkanına malikdir.

 

Abunəlik modelində olan bizneslər üçün Odero tərəfindən PCI-DSS tələblərinə cavab verən güvənli kart yadda saxlama, təkrarlanan ödənişlərin qəbulu və abunələri daim nəzarətdə saxlamaq üçün müştəri paneli təqdim edilir. Ödənişlər növbəti iş günü bank hesabınıza köçürülür. 

Digər yazılara baxın

Axtarışdan səbətə: ChatGPT və Amazon e-ticarətin gələcəyini formalaşdırır

Axtarışdan səbətə: ChatGPT və Amazon e-ticarətin gələcəyini formalaşdırır

2025-2026-cı illər süni intellekt (AI) texnologiyalarının online alış-veriş təcrübəsini kökündən dəyişdirdiyi dövr kimi yadda qalacaq. Ənənəvi e-ticarət axtarış sistemləri və satış kanalları tədricən “agentic commerce” — yəni istifadəçinin əvəzinə axtaran, müqayisə edən və bəzən hətta satınalan AI agentlərinə çevrilir. Bu, brendlər, pərakəndə satışçılar və istehlakçılar üçün həm fürsətlər, həm də risklər yaradır.

Pre-auth əməliyyatlar: Təhlükəsiz ödəniş mexanizminin əsas mərhələsi

Pre-auth əməliyyatlar: Təhlükəsiz ödəniş mexanizminin əsas mərhələsi

Pre-authorization (pre-auth) əməliyyatlar müasir ödəniş sistemlərində risklərin idarə olunması və əməliyyat təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan əsas mexanizmlərdən biridir. Bu anlayış kartdan müəyyən məbləğin faktiki olaraq tutulmadan, mövcud balansdan müvəqqəti şəkildə bloklanmasını ifadə edir.

2026-da Ödəniş Trendləri: Fintech və Yeni Rəqəmsal Maliyyə Reallıqları

2026-da Ödəniş Trendləri: Fintech və Yeni Rəqəmsal Maliyyə Reallıqları

2026 ili ödəniş texnologiyaları və fintech sektorunda köklü dəyişikliklərin baş verdiyi sürətli transformasiya dövrünə daxil olur. Artan rəqəmsal qəbul, süni intellektin iş proseslərinə inteqrasiyası, sürətli və görünməz ödənişlər, tokenizasiya və maliyyə xidmətlərinin həyatımıza daha dərindən daxil olması bu ilin əsas trend sahələridir.

Yeni il mövsümündə ən çox ödəniş edilən onlayn platformalar

Yeni il mövsümündə ən çox ödəniş edilən onlayn platformalar

Yeni il bayramı alış-veriş mövsümünün ən pik dövrlərindən biridir. İnsanlar hədiyyələr, geyimlər, aksesuarlar, ev dekoru və elektronika kimi məhsullara daha çox ehtiyac duyduqları üçün onlayn alış-veriş platformaları bu dövrdə rekord satışlara çatır. Bu dövrdə həm məhsul seçimi, həm də ödəniş üsulları dəyişir - istifadəçilər sürətli, təhlükəsiz və rahat online ödənişlərə üstünlük verirlər.

AI Compliance mütəxəssislərini əvəz edəcəkmi?

AI Compliance mütəxəssislərini əvəz edəcəkmi?

AI-nin yüksəlişi ilə bir çox sahədə olduğu kimi compliance sahəsində də bu sual gündəmdədir: “AI insanı əvəz edəcəkmi?” Lakin həm texnologiyanın gücünə, həm də insan mühakiməsinin dəyərinə baxanda görürük ki, əsl məsələ rəqabət deyil. AI sürət, dəqiqlik və yorulmadan işləmək kimi üstünlüklər gətirir.

Fintech tərəfdaşlığı: B2B bizneslər üçün niyə vacibdir?

Fintech tərəfdaşlığı: B2B bizneslər üçün niyə vacibdir?

Rəqəmsal dövr biznes dünyasını köklü şəkildə dəyişib. Artıq B2B (business-to-business) şirkətləri yalnız məhsul və ya xidmət satmaqla kifayətlənmir — daha çevik, şəffaf və sürətli maliyyə əməliyyatlarına malik olmağa çalışırlar.