September 26, 2024
Abunəlik (Subscription) ödənişləri və ya Netflix, Spotify və Storytel ödənişləri necə alır?
"Abunəlik ödənişləri" bir xidmət və ya məhsulu müntəzəm olaraq əldə etmək üçün edilən dövri ödənişlərdir. Bu cür ödənişlər ən çox onlayn xidmətlər və rəqəmsal məzmunlar təqdim edən platforma və proqram təminatlarında istifadə olunur. Netflix, Spotify və Storytel kimi qlobal platformalar öz istifadəçilərinə aylıq və illik abunə paketləri təklif edir.
İstifadəçilər aylıq paketlərdə daha kiçik məbləğdə və ardıcıl ödənişlər edirlər. Birdəfəlik böyük ödəniş tələb etmədiyi üçün abunəliklər daha az maliyyə riski daşıyır. Bu, büdcə planlaşdırılmasını və xərclərin idarə edilməsini asanlaşdırır. İstifadəçi xidməti bəyənmədiyi halda abunəliyi ləğv edə bilər, bu da istifadəçinin riskini minimuma endirir. İllik paketlərdə isə birdəfəlik ödəniş edib endirim əldə bilərlər.
İstifadəçilər təkrarlanan ödənişlər vasitəsilə xidmətlərə fasiləsiz çıxış əldə edirlər və hər dəfə yenidən qeydiyyatdan keçmək məcburiyyətində qalmırlar. Abunəliklər istifadəçilərdə bir markaya və ya platformaya loyallıq hissi yaradır. Bu loyallıq təcrübənin yaxşılaşdırılması və müntəzəm istifadə ilə güclənir. Platforma öz istifadəçilərinə ən son yeniləmə və xüsusi təkliflərə dərhal giriş imkanı verir. Məmnun qalan müştərilər təkrarlanan ödəniş modeli ilə şirkətlərə davamlı gəlir axını təmin edir. Nəticədə şirkət daha dayanıqlı biznes planları quraraq sistemini gücləndirir.
Gördüyünüz kimi, abunəlik ödənişləri müasir ödəniş modellərində çox populyardır və həm istifadəçilər, həm də xidmət təminatçıları üçün bir çox fayda təqdim edir. Modelin işləmə prinsipi aşağıdaki kimidir:
1. Tarif seçimi
Platformalar öz istifadəçilərinə hər büdcə və ehtiyaca uyğun olan paketlər hazırlayır. Bu paketlərin ödənişi aylıq, illik və ya başqa bir dövrü (məsələn, üç ay) əhatə edə bilər. Planın dəyəri və təklif etdiyi imkanlar abunəliyin növündən asılıdır. Məsələn, Netflix kimi platformalarda fərqli səviyyələrdə abunə planları var: standart, premium və s. İstifadəçi şərtlərlə tanış olaraq istədiyi paketə abunə ola bilir.
2. Onlayn ödəniş
İlk abunəlik ödənişini etmək üçün platformanın təklif etdiyi ödəniş metodlarından biri seçilir. Platforma öz alıcılarının rahatlığı üçün bank kartı, apple pay, google pay və digər müasir ödəniş metodları ilə ödəniş imkanı təklif edir. Abunəçi ödəniş zamanı abunəlik şərtlərilə razı olduğunu təsdiq edir və tələb olunan kart məlumatların saxlanılmasına icazə verir. Platforma məlumat və ödənişlərin təhlükəsizliyini təmin etmək üçün lisenziyalı ödəniş təşkilatından xidmət almalıdır. Beləliklə, məlumatlar təhlükəsiz şəkildə şifrələnərək saxlanılır.
3. Təkrarlanan ödənişlər
Abunəlik dövrünün sonunda (aylıq, illik və s.) sistem avtomatik olaraq istifadəçinin hesabından təyin olunmuş məbləği çəkir. Bu, istifadəçinin xidmətin fasiləsiz istifadəsini təmin edir. İstifadəçi ödəniş məlumatlarını və ya abunəliyini ləğv etmədiyi müddətcə ödəniş təkrarlanır.
4. Abunəliyin idarə edilməsi
İstifadəçilər abunəliklərini hesab parametrlərindən idarə edə bilirlər. Bu o deməkdir ki, istifadəçi abunəliyini istədiyi zaman dayandırmaq, ləğv etmək və ya planı dəyişdirmək imkanına malikdir.
Abunəlik modelində olan bizneslər üçün Odero tərəfindən PCI-DSS tələblərinə cavab verən güvənli kart yadda saxlama, təkrarlanan ödənişlərin qəbulu və abunələri daim nəzarətdə saxlamaq üçün müştəri paneli təqdim edilir. Ödənişlər növbəti iş günü bank hesabınıza köçürülür.
Digər yazılara baxın
Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar
Rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu proses davamlı olaraq inkişaf edir. Bir zamanlar bank kartlarından istifadə bugünkü qədər geniş yayılmamışdı, hazırda onlayn alış-veriş, mobil ödənişlər və rəqəmsal maliyyə xidmətləri gündəlik həyatımızın bir hissəsidir.
Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?
Sosial media kiçik bizneslər üçün yalnız məhsul və xidmətlərin tanıdıldığı platforma olmaqdan çıxaraq satış kanallarından birinə çevrilib. Müştəri məhsulu sosial mediada görür, bizneslə birbaşa əlaqə saxlayır, sifarişini verir və bütün prosesi onlayn şəkildə tamamlamaq istəyir.
Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq
Sentyabr ayı yeni tədris ilinin başlanğıcı ilə yanaşı, məktəb və təhsillə bağlı xərclərin də artdığı dövrdür. Dəftərxana ləvazimatlarından məktəb geyimlərinə, kurslardan təhsil ödənişlərinə qədər bir çox ehtiyac məhz bu dövrdə aktuallaşır.
Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?
Onlayn alış-verişin inkişafı ilə istifadəçilərin ödəniş üsullarına olan gözləntiləri də dəyişir. Müştərilər artıq yalnız məhsul və ya xidmət seçiminə deyil, ödənişi necə həyata keçirə biləcəklərinə də önəm verirlər. Kartla ödəniş, rəqəmsal cüzdanlar və digər alternativlərlə yanaşı, taksitli ödəniş imkanı da daha çevik alış-veriş təcrübəsinin bir hissəsinə çevrilib.
Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?
Rəqəmsal ödənişlərin gündəlik həyatımızda geniş yayılması ilə kartdan-karta köçürmələr də vəsait göndərməyin ən çox istifadə olunan üsullarından birinə çevrilib. Lakin şəxslər arasında pul köçürmək üçün rahat olan bu üsul, bizneslərin müştərilərindən davamlı şəkildə ödəniş qəbul etməsi üçün hər zaman ən uyğun seçim deyil.
QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?
Son illərdə rəqəmsal ödəniş texnologiyalarının inkişafı ilə QR kod vasitəsilə ödənişlər həm dünyada, həm də Azərbaycanda geniş yayılmağa başlayıb. Sadəcə bir QR kodu skan etməklə ödənişi bir neçə saniyə ərzində tamamlamaq mümkündür.