September 17, 2023

Azərbaycanda e-ticarətin inkişafı

Son 30 il ərzində informasiya texnologiyalarının inkişafı ilə bütün dünyada olduğu kimi Azərbaycanda da elektron ticarətə maraq artmaqdadır. İnsanlar e-ticarət platformaları sayəsində istədikləri vaxt və istədikləri yerdən alış-veriş edə bilirlər. Ölkəmizdə onlayn satış həm websaytlar vasitəsi ilə, həm də sosial media üzərindən aparılır. Tik Tok, İnstagram kimi platformalar ölkəmizdə ən çox satış edilən proqramlardır. 

AZƏRBAYCANDA E-TICARƏTIN VƏZIYYƏTI

Azərbaycanda elektron ticarət günü gündən inkişaf etməkdədir. 2004-cü ildə elektron ticarət əməliyyatlarındakı sənəd dövriyyəsinin tənzimlənməsi üçün “Elektron İmza və Elektron Sənəd” Haqqında Qanun, 2005-ci ildə elektron ticarətlə məşğul olan tərəflərin bütün hüquq və vəzifələrinin tənzimlənməsi məqsədilə “Elektron Ticarət Haqqında” Qanun qəbul edilmişdir.

2017-ci ildə elektron ticarət əməliyyatlarının həyata keçirilməsini asanlaşdıran “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” yaradılmışdır. Bu fəaliyyətin tənzimlənməsi üçün atılan addımlar özünü ölkədə elektron ticarətin payının artmasında göstərməkdədir.

AZƏRBAYCANDA ELEKTRON TICARƏTIN ÜSTÜNLÜKLƏRI

Elektron ticarətə artan maraqla əlaqədar ölkədə e-ticarət mağazalarının sayında da artım müşahidə olunur. İnsanları bu yeni alış-veriş üsuluna cəlb edən elektron ticarətin bir çox üstünlüyü var. Əsas üstünlüklərə aşağıdakılar daxildir:

  • Rahatlıq-Satıcılar və alıcılar dünyanın istənilən yerindən alış-veriş əməliyyatı həyata keçirə bilərlər, fiziki hərəkətə bağlı olmaq zərruriyyəti yoxdur.
  • Qənaət-Satıcılar və alıcılar onlayn ticarət həyata keçirərək çəkilən xərcə qənaət edə bilirlər.
  • Zaman azadlığı-Həm satıcı, həm alıcı 24/7 saat alqı-satqı əməliyyatı həyata keçirə bilər.
  • Əlçatanlıq-Satıcı hədəf auditoriyadan toplanan məlumata əsasən məhsul xidmətini daha çox müştəriyə çatdıra bilər.

ONLAYN SATIŞA KEÇMƏYINIZ ÜÇÜN 5 SƏBƏB

İnternet məhsulların satışı üçün ən yaxşı vasitədir. Sosial media məhsullarınızın müştərilərə çatdırmağın ən rahat və sərfəli yoludur. Bu gün məhsullarınızı onlayn satmağı düşünməyiniz üçün bir çox səbəb var.

  1. Xərclərinizi azaltmaq-Onlayn satış etmək sizi kirayə, kommunal xidmətlər, görkəmli vitrinlər və s. kimi şeylərə pul ödəməkdən xilas edəcək. 
  2. Daha geniş auditoriyaya çatmaq-Onlayn satış, günün istənilən vaxtında telefonunuzdan alış-verişin rahatlığına görə ənənəvi pərakəndə satış məntəqələrinin imkan verdiyindən daha böyük auditoriyaya çatmağa imkan verir. Hədəf auditoriyanızdakı müştərilərin məhsullarınızı asanlıqla tapa bilməsi üçün reklamlar və ya sosial media marketinq kampaniyaları vasitəsilə istəsəniz, hətta konkret coğrafi əraziləri hədəfləyə bilərsiniz.
  3. Brendinizi təbliğ etmək- Elektron ticarət satış brendinizi tanıtmaq üçün əla bir yoldur. Çünki siz sosial media marketinq kampaniyaları və ya müştərilərin rəyləri kimi müxtəlif yollarla məhsullarınızı tanıdan profil və bloq yarada bilirsiniz.
  4. Müştəri münasibətlərini yaxşılaşdırmaq- Müştərilərə onlayn satış etməklə siz onlara mümkün olan ən yaxşı müştəri xidməti təklif edə və onların alış-veriş təcrübəsini fərdiləşdirə bilərsiniz.
  5. Biznesinizə rəqabət üstünlüyü vermək-Satış edəcəyiniz müddətdə onlayn satış pərakəndə mağazalarda və ya ticarət mərkəzi köşklərində satışdan daha çox gəlir gətirə bilər.

Hazırda ölkədə bütün iştirakçıları yerli bazarın təmsilçiləri olan elektron mağazaların da sayı artmaqdadır. Ölkə əhalisi, həmçinin dünyanın müxtəlif ölkələrində yaradılmış və İnternet üstündən fəaliyyət göstərən çoxsaylı elektron mağazalardan istifadə edir. Əlbəttə ki, Azərbaycan dövlətinin formalaşdırdığı hüquqi baza və informasiya texnologiyalarının inkişafı ticarətin bu sahəsinin genişlənməsinə şərait yaradır. Son 3 ildə İKT inkişafında respublikamızın MDB ölkələri içərisində liderliyini qoruyub saxlamasını xüsusi qeyd etmək yerinə düşər. Ölkədə 2 milyona yaxın internet istifadəçisinin olması faktı da İKT resurslarından istifadənin yüksək səviyyədə olduğunu təsdiqləyən amillərdəndir.

 Kommunal ödənişlərin, bank xidmətlərinin elektron səviyyədə həyata keçirilməsi ilə başlayan fəaliyyət sonradan malların və xidmətlərin real alqı-satqısını həyata keçirən e-mağazaların da yaranmasına və sürətlə inkişafına şərait yaradıb. Aviabiletlərin satışından əlavə, musiqi, İKT məhsullarının, məişət əşyalarının satışı sahəsində daxili bazarda ixtisaslaşmış e-mağazaların fəaliyyəti günü-gündən genişlənir.  

Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənən elektron ticarət və şəbəkə marketinqi yüksək peşəkarlıqla və effektiv aparıldığı təqdirdə inkişafı təmin edən müasir biznes növüdür. Hər bir alıcı şəbəkə biznesinə qoşulmazdan əvvəl diqqətlə ən yaxşı şəbəkə marketinqi üsulu ilə fəaliyyət göstərən şirkəti seçməlidir. Networker olduqdan sonra azad nümayəndə öz şəxsi biznesini qurmaq üçün şəbəkəyə yeni distrübüterlər cəlb etməli və həmin yeni qoşulmuş distrübüterləri müvafiq məlumatlarla, təlim materialları ilə təmin etməli və lazım olduğu təqdirdə dəstək olmalıdır. Hər bir şəbəkə işçisi fəaliyyət göstərdiyi ölkənin qanunlarına ciddi riayət etməli, bağlı olduğu şirkətin qaydalarının yerli qanunvericiliklə uzlaşmasını təmin etməlidir. Heç bir halda distrübüter elektron mağazanın işçisi sayılmır, oradan əmək haqqı almır, yalnız məhsul təşviqinə görə satışdan əldə olunan vəsaitdən komisyon mükafat ala bilər.

Digər yazılara baxın

Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar

Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar

Rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu proses davamlı olaraq inkişaf edir. Bir zamanlar bank kartlarından istifadə bugünkü qədər geniş yayılmamışdı, hazırda onlayn alış-veriş, mobil ödənişlər və rəqəmsal maliyyə xidmətləri gündəlik həyatımızın bir hissəsidir.

Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?

Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?

Sosial media kiçik bizneslər üçün yalnız məhsul və xidmətlərin tanıdıldığı platforma olmaqdan çıxaraq satış kanallarından birinə çevrilib. Müştəri məhsulu sosial mediada görür, bizneslə birbaşa əlaqə saxlayır, sifarişini verir və bütün prosesi onlayn şəkildə tamamlamaq istəyir.

Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq

Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq

Sentyabr ayı yeni tədris ilinin başlanğıcı ilə yanaşı, məktəb və təhsillə bağlı xərclərin də artdığı dövrdür. Dəftərxana ləvazimatlarından məktəb geyimlərinə, kurslardan təhsil ödənişlərinə qədər bir çox ehtiyac məhz bu dövrdə aktuallaşır.

Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?

Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?

Onlayn alış-verişin inkişafı ilə istifadəçilərin ödəniş üsullarına olan gözləntiləri də dəyişir. Müştərilər artıq yalnız məhsul və ya xidmət seçiminə deyil, ödənişi necə həyata keçirə biləcəklərinə də önəm verirlər. Kartla ödəniş, rəqəmsal cüzdanlar və digər alternativlərlə yanaşı, taksitli ödəniş imkanı da daha çevik alış-veriş təcrübəsinin bir hissəsinə çevrilib.

Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?

Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?

Rəqəmsal ödənişlərin gündəlik həyatımızda geniş yayılması ilə kartdan-karta köçürmələr də vəsait göndərməyin ən çox istifadə olunan üsullarından birinə çevrilib. Lakin şəxslər arasında pul köçürmək üçün rahat olan bu üsul, bizneslərin müştərilərindən davamlı şəkildə ödəniş qəbul etməsi üçün hər zaman ən uyğun seçim deyil.

QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?

QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?

Son illərdə rəqəmsal ödəniş texnologiyalarının inkişafı ilə QR kod vasitəsilə ödənişlər həm dünyada, həm də Azərbaycanda geniş yayılmağa başlayıb. Sadəcə bir QR kodu skan etməklə ödənişi bir neçə saniyə ərzində tamamlamaq mümkündür.