March 17, 2024
ChatGPT nədir? E-ticarətdə necə istifadə olunur?
Hal-hazırda bir çox e-ticarət saytı onlayn alış-veriş təcrübəsini daha zövqlü etmək üçün chatbotlardan istifadə edir. Lakin chatbotlar müəyyən məhdudiyyətlərə sahib proqramlar olduğundan bəzən istifadəçilər axtardıqları cavabları onlarda tapa bilmirlər. Belə anlarda dəstəyə ChatGPT gəlir.
ChatGPT süni intellekt texnologiyası olan GPT-3-ün törəməsidir və dili anlamaq qabiliyyəti ilə seçilir. Bu texnologiya sayəsində o, chatbot kimi məhdud cavablar əvəzinə, təbii dildə istifadəçilərlə əlaqə saxlayaraq düzgün cavablar verə bilir.
Elektron ticarət saytları müştəriləri ilə qarşılıqlı əlaqədə olmaq və onlara daha individual xidmət göstərmək üçün ChatGPT texnologiyasından istifadə edir. Məsələn, istifadəçi məhsul haqqında sual verdikdə, ChatGPT dərhal düzgün cavabı verə bilir. Bu da istifadəçinin məhsulu almaq ehtimalını artırır.
ChatGPT həmçinin bir çox müştəri xidməti tapşırıqlarını yerinə yetirə bilər. İstifadəçiyə geri qaytarma əməliyyatları və çatdırılma statusu kimi məsələlərdə düzgün təlimat verərək e-ticarət saytının müştəri məmnuniyyətini artıra bilər.
E-ticarətdə ChatGPT-nin üstünlükləri nələrdir?
-
Müştəri məmnuniyyəti: Müştərilərlə qarşılıqlı əlaqə yaratmaq üçün istifadə edilə bilər. Müştərilərin suallarını dərhal cavablandırmaqla sürətli və effektiv xidmət təqdim edir. Bu, müştəri məmnuniyyətini artıran önəmli faktorlardan biridir.
-
Satışların artması: Müştərilərin ehtiyaclarını anlayaraq, onlara daha dəqiq məhsullar tövsiyə edir. Əlavə olaraq, müştərilərə alış-veriş səbətlərindəki əşyaları xatırlada və tamamlanmamış sifarişlər haqqında məlumat verə bilər.
-
Müştəri loyallığı: Müştərilərin maraqlarını və ehtiyaclarını başa düşür və onlara fərdi xidmət təqdim edir. Bu, müştəri loyallığını artırır.
-
Yüksək effektivlik: 24/7 xidmət göstərə və eyni vaxtda bir çox müştəri ilə qarşılıqlı əlaqə qura bilər.
ChatGPT inteqrasiyası sayəsində müştəriləriniz sifarişlərini və ödənişlərini birbaşa canlı çat pəncərəsi vasitəsilə həyata keçirə bilərlər. Bu, müştərilərinizə saytınızı tərk etmədən asanlıqla sifariş və ödəniş imkanı verir.
ChatGPT həmçinin ödəniş üsullarını da inteqrasiya etmək imkanı verir. Müştəriləriniz çat pəncərəsi vasitəsilə bank kartları və ya digər onlayn ödəniş üsullarından istifadə edərək asanlıqla ödəniş edə bilərlər.
Göründüyü kimi, ChatGPT texnologiyası e-ticarət dünyasında müştəri təcrübəsində inqilab edir. Əvvəllər müştərilərin həll olunmamış problemləri ilə məşğul olmaq üçün saatlar sərf edilirdisə, indi bütün problemlər tək süni intellekt vasitəsi ilə anında həll olunur. Bu maraqlı texnologiyanın təklif etdiyi imkanları qaçırmayın və e-ticarət biznesinizdə ChatGPT-dən istifadə edərək müştərilərinizin alış-verişini asanlaşdırın!
Digər yazılara baxın
Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar
Rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu proses davamlı olaraq inkişaf edir. Bir zamanlar bank kartlarından istifadə bugünkü qədər geniş yayılmamışdı, hazırda onlayn alış-veriş, mobil ödənişlər və rəqəmsal maliyyə xidmətləri gündəlik həyatımızın bir hissəsidir.
Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?
Sosial media kiçik bizneslər üçün yalnız məhsul və xidmətlərin tanıdıldığı platforma olmaqdan çıxaraq satış kanallarından birinə çevrilib. Müştəri məhsulu sosial mediada görür, bizneslə birbaşa əlaqə saxlayır, sifarişini verir və bütün prosesi onlayn şəkildə tamamlamaq istəyir.
Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq
Sentyabr ayı yeni tədris ilinin başlanğıcı ilə yanaşı, məktəb və təhsillə bağlı xərclərin də artdığı dövrdür. Dəftərxana ləvazimatlarından məktəb geyimlərinə, kurslardan təhsil ödənişlərinə qədər bir çox ehtiyac məhz bu dövrdə aktuallaşır.
Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?
Onlayn alış-verişin inkişafı ilə istifadəçilərin ödəniş üsullarına olan gözləntiləri də dəyişir. Müştərilər artıq yalnız məhsul və ya xidmət seçiminə deyil, ödənişi necə həyata keçirə biləcəklərinə də önəm verirlər. Kartla ödəniş, rəqəmsal cüzdanlar və digər alternativlərlə yanaşı, taksitli ödəniş imkanı da daha çevik alış-veriş təcrübəsinin bir hissəsinə çevrilib.
Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?
Rəqəmsal ödənişlərin gündəlik həyatımızda geniş yayılması ilə kartdan-karta köçürmələr də vəsait göndərməyin ən çox istifadə olunan üsullarından birinə çevrilib. Lakin şəxslər arasında pul köçürmək üçün rahat olan bu üsul, bizneslərin müştərilərindən davamlı şəkildə ödəniş qəbul etməsi üçün hər zaman ən uyğun seçim deyil.
QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?
Son illərdə rəqəmsal ödəniş texnologiyalarının inkişafı ilə QR kod vasitəsilə ödənişlər həm dünyada, həm də Azərbaycanda geniş yayılmağa başlayıb. Sadəcə bir QR kodu skan etməklə ödənişi bir neçə saniyə ərzində tamamlamaq mümkündür.