September 17, 2023
E-ticarət: nə sata bilərəm?
Bir çox dünya ölkələrində olduğu kimi Azərbaycanda da internet sektoru günü gündən inkişaf edir. Texnologiyanın inkişafı və istənilən vaxt şəbəkəyə daxil olmaq imkanı onlayn biznes layihələrini cəlbedici, sadə və kifayət qədər gəlirli edir. Ancaq bu sadəliyin də müəyyən qədər aldadıcı hissələri var. Buna görə də onlayn satışda uğurlu nəticə əldə etmək üçün bəzi nüanslara xüsusi diqqət göstərmək lazımdır. Xüsusi ilə də, elektron ticarətdə ən yaxşı satıla biləcək məhsulları tapmaq lazımdır. Bu məqalədə sizlərə onlayn mağazada hansı növ məhsulların daha sürətli satıldığını araşdırmışıq.
Elektron Ticarətdə Ən Çox Satan Məhsullar
- Qadın/Kişi Geyimləri və Tekstil Məhsulları
- Ana-Körpə Geyimi və Uşaq Geyimi
- Kosmetika və Qulluq Məhsulları
- Dekorativ məmulatlar və ev bəzək məhsulları
- Ev heyvanları üçün məhsullar
- Smartfon, planşet və kompüter aksesuarları
- İdman avadanlıqları
- Avtomobil və Avtomobil Aksesuarlar
GEYİM
Geyim hər kəsin ehtiyacı olan məhsuldur. Yaxşı satış etmək üçün hər zövqə uyğun, müxtəlif rənglərdə və fərqli üslublarda geyimlər satış edə bilərsiz. Burda zövq məsələsi xüsusi rol oynayır. Onlayn mağazaya elə geyimlər yerləşdirməlisiz ki, əksəriyyətin zövqünü oxşasın.
KOSMETİKA VƏ QULLUQ VASİTƏLƏRİ
Kosmetika və qulluq məhsulları əsasən xanımların üstünlük verdiyi məhsullardır. Hər bir qadın baxımlı olmağı sevdiyi üçün yaxşı kosmetika və baxım vasitələri onların yan keçə bilmədiyi məhsullardandır. Burada xüsusi ilə məhsulların keyfiyyətinə və tanınmış marka olmasına diqqət etməlisiz. Bu cür məhsulların da satışı sizə çoxlu gəlir gətirə bilər.
ELEKTRONİKA
İndi bu cür məhsullara böyük tələbat var. Onun çeşidi daim yenilənir, buna görə də bu bazar seqmenti ən yüksək rəqabət səviyyəsinə malikdir. Belə məhsulların satışı ilə uğur qazanmaq üçün reklamla yanaşı bir müddət vaxt da tələb olunacaq. Bundan əlavə, böyük maliyyə sərmayələrinə ehtiyacınız olacaq, lakin onlar ən qısa müddətdə öz bəhrəsini verəcəklər. Müştəriləri cəlb etmək üçün onlara sərfəli qiymətlər, pulsuz çatdırılma, müxtəlif endirimlər və promosyonlar təklif edin. Biznesin əsas çatışmazlıqları malların çatdırılması zamanı zədələnmə ehtimalı və zavod qüsurları ilə avadanlığın geri qaytarılmasıdır. Belə mallar üzrə marja 15-45% arasında dəyişir. Elektronika sosial mediada ən çox satılan mallar siyahısında ilk yerlərdən birini tutur, buna görə də belə bir məhsulla ticarət istənilən halda yaxşı qazanc gətirəcək.
UŞAQ OYUNCAQLARI
Onlayn mağazada yaxşı satış etmək üçün sərfəli məhsul axtarırsızsa, uşaq məhsullarına və oyuncaqlarına diqqət yetirin. Bu növ məhsulları yaxşı qiymətə satış edə bilərsiz. Valideynlər hər zaman sizdən alış edəcəklər. Ancaq diqqət etməlisiz ki, məhsullarınız fərqli və gözoxşayan olsun. Məhsul seçimindən əvvəl əvvəl, rəqiblərin təkliflərini diqqətlə öyrənin və çalışın ki, populyar bir məhsul seçin. Sıfırdan başlayan təcrübəsiz sahibkarlar üçün ən yaxşı seçim isə oflayndır və komissiyaya gətiriləcək bəzi şeylər onlayn mağazada satışa çıxarılır. Bunun sayəsində siz malların alınmasına pul qoymadan satışdan qazanc əldə edə biləcəksiniz.
AVTOMOBİL HİSSƏLƏRİ VƏ AKSESUARLARI
Bu məhsular onlayn mağazada sata biləcəyiniz uğurlu bir fikirdir. Az sərmayə ilə biznes açmaq istəyirsinizsə, ilkin olaraq müəyyən bir markalı avtomobil üçün ehtiyat hissələri ilə ticarət edə bilərsiniz. Onu da nəzərə alın ki, insanlar çox vaxt yerli istehsal olan avtomobillərin hissələrini alırlar.
Ən çox axtarılan məhsullar:
- filtrlər
- raflar
- faralar
- güzgülər
- hər növ aksesuarlar
Sıfırdan onlayn ehtiyat hissələri mağazası açmazdan əvvəl məhsullarınızın hansı müştərilər üçün hazırlanacağına qərar verməlisiniz. Hansı istiqamətdə hərəkət etmək istədiyinizi aydın başa düşməlisiniz. Mütəxəssislərin fikrincə, belə bir biznesin gəlirliliyi 50-70% -ə çatır.
EV HEYVANLARI ÜÇÜN AKSESUARLAR
Ev heyvanları olan insanlar öz dostlarının rahatlığı üçün istənilən məbləği ödəməyə hazırdırlar. Onlayn mağazada nə ticarət edəcəyinizə qərar verə bilmirsinizsə, müştərilərə bunları təklif edin:
- Pişiklər və itlər üçün yemək
- Heyvanlar üçün geyim
- Mebel və aksesuarlar
Bu cür məhsullar həmişə tələb olunur. Bundan əlavə, kiçik şəhərlərdə ev heyvanları üçün məhsul tapmaq çətindir, ona görə də kiçik şəhərlərin sakinləri onları əsasən onlayn alırlar.
Siz də ən çox satılan kateqoriyalar siyahısında olan məhsulları sataraq əlavə gəlir əldə etmək üçün öz elektron ticarət saytınızı qısa müddətdə açıb, öz biznesinizi qura və əlavə gəlir əldə edə bilərsiz. Əgər hər hansı çətinliklə üzləşsəz bizimlə əlaqə saxlaya və bu mövzuda bizdən dəstək ala bilərsiniz.
Digər yazılara baxın
Axtarışdan səbətə: ChatGPT və Amazon e-ticarətin gələcəyini formalaşdırır
2025-2026-cı illər süni intellekt (AI) texnologiyalarının online alış-veriş təcrübəsini kökündən dəyişdirdiyi dövr kimi yadda qalacaq. Ənənəvi e-ticarət axtarış sistemləri və satış kanalları tədricən “agentic commerce” — yəni istifadəçinin əvəzinə axtaran, müqayisə edən və bəzən hətta satınalan AI agentlərinə çevrilir. Bu, brendlər, pərakəndə satışçılar və istehlakçılar üçün həm fürsətlər, həm də risklər yaradır.
Pre-auth əməliyyatlar: Təhlükəsiz ödəniş mexanizminin əsas mərhələsi
Pre-authorization (pre-auth) əməliyyatlar müasir ödəniş sistemlərində risklərin idarə olunması və əməliyyat təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan əsas mexanizmlərdən biridir. Bu anlayış kartdan müəyyən məbləğin faktiki olaraq tutulmadan, mövcud balansdan müvəqqəti şəkildə bloklanmasını ifadə edir.
2026-da Ödəniş Trendləri: Fintech və Yeni Rəqəmsal Maliyyə Reallıqları
2026 ili ödəniş texnologiyaları və fintech sektorunda köklü dəyişikliklərin baş verdiyi sürətli transformasiya dövrünə daxil olur. Artan rəqəmsal qəbul, süni intellektin iş proseslərinə inteqrasiyası, sürətli və görünməz ödənişlər, tokenizasiya və maliyyə xidmətlərinin həyatımıza daha dərindən daxil olması bu ilin əsas trend sahələridir.
Yeni il mövsümündə ən çox ödəniş edilən onlayn platformalar
Yeni il bayramı alış-veriş mövsümünün ən pik dövrlərindən biridir. İnsanlar hədiyyələr, geyimlər, aksesuarlar, ev dekoru və elektronika kimi məhsullara daha çox ehtiyac duyduqları üçün onlayn alış-veriş platformaları bu dövrdə rekord satışlara çatır. Bu dövrdə həm məhsul seçimi, həm də ödəniş üsulları dəyişir - istifadəçilər sürətli, təhlükəsiz və rahat online ödənişlərə üstünlük verirlər.
AI Compliance mütəxəssislərini əvəz edəcəkmi?
AI-nin yüksəlişi ilə bir çox sahədə olduğu kimi compliance sahəsində də bu sual gündəmdədir: “AI insanı əvəz edəcəkmi?” Lakin həm texnologiyanın gücünə, həm də insan mühakiməsinin dəyərinə baxanda görürük ki, əsl məsələ rəqabət deyil. AI sürət, dəqiqlik və yorulmadan işləmək kimi üstünlüklər gətirir.
Fintech tərəfdaşlığı: B2B bizneslər üçün niyə vacibdir?
Rəqəmsal dövr biznes dünyasını köklü şəkildə dəyişib. Artıq B2B (business-to-business) şirkətləri yalnız məhsul və ya xidmət satmaqla kifayətlənmir — daha çevik, şəffaf və sürətli maliyyə əməliyyatlarına malik olmağa çalışırlar.