April 24, 2023

E-ticarət nədir və bu ticarətə necə başlamaq olar?

Müasir dövrdə internet həyatımızın ayrılmaz hissəsinə çevrilib.  Rəqəmsal dünya, hətta o qədər inkişaf edib ki, insanlar bütün işlərini internet üzərindən həll edirlər. Günümüzdə ən gəlirli və tələbatın çox olduğu sahələrdən biri də, elə məhz e-ticarət platformalarıdır. Onlayn satışın nə olduğunu, demək olar ki, hər birimiz təxmin edirik. Lakin bu sahədən gəlir əldə etmək istəyirsizsə, gəlin, ilk növbədə e-ticarətin mahiyyətini anlamağa çalışaq.

E-ticarət nədir?

E-ticarət hamımızın bildiyi ticarət sisteminin bütövlükdə onlayn olaraq idarə edilməsidir. Elektron ticarətdə məhsulların satışı, paylanması, ödənişi və reklamı prosesləri internet üzərindən həyata keçirilir. Bu ticarətin ən böyük üstünlüklərindən biri də odur ki, alış-veriş etmək üçün heç bir fiziki fəaliyyət tələb olunmur və müştəri bazası müəyyən bir coğrafi ərazi və ya bölgə ilə məhdudlaşmır. 

E-ticarətə haradan başlamaq lazımdır?

Bu sahədə uğurlu şəkildə satış etmək üçün biznes ideyasına və geniş məlumata sahib olmaq əsas şərtlərdəndir. İlk növbədə satışa çıxarmaq istədiyiniz məhsullar haqqında geniş araşdırma aparmaq lazımdır. Araşdırmalı olduğunuz əsas sahələr isə bunlardır:

  • E-ticarətdə ən çox satılan sektorlar
  • E-ticarətdə ən çox satılan məhsullar
  • E-ticarət statistikası
  • Elektron ixrac statistikası
  • Elektron Ticarət Bazar Statistikası

Bəs biznes modeli seçmək nə üçün vacibdir?

Biznes ideyanızı dəqiqləşdirdikdən sonra atacağınız ikinci addım isə biznes modelinə qərar verməkdir. Biznes modelini seçmək, sizə düzgün hədəf auditoriyasını tapmaqla yanaşı, brendləri düzgün vurğulamaq üçün hansı iş növünü  müəyyənləşdirməyə də kömək edəcək.

Hədəf auditoriyasının e-ticarətdə rolu

Istənilən onlayn mağaza üçün hədəf auditoriyasının müəyyən edilməsi e-ticarətdə uğurlu satış etmək istəyən hər bir markanın diqqət etməli olduğu məsələlərdəndir. Ona görə ki, hər bir markanın hədəf auditoriyasına uyğun gördüyü reklam və tanıtım fəaliyyətləri fərqli olur.

Bir onlayn mağazanızın cəlbedici olması üçün diqqət etməli olduğunuz nüanslar

Veb-saytınızı qurmaq və inkişaf etdirmək üçün bunlardan başqa, sizə brend adı, domen və cəlbedici loqo lazım olacaq. Burda domen və dizayn edəcəyiniz loqo markanızın adına uyğun seçilməlidir. Bu, müştərilərin diqqətini və güvənini qazanmağa şərait yaradacaq.

E-ticarət üçün şirkətinizi yaratmaq vacibdir

Növbəti mərhələdə isə elektron ticarətlə internet üzərindən məhsul satacaq brendlər elektron ticarəti qanuni şəkildə həyata keçirmək üçün şirkət qurmalıdırlar. Çünki istənilən sektordan gəlir əldə edən insanlar və müəssisələr dövlətə vergi ödəməlidirlər. Bu səbəbdən də, e-ticarət üçün şirkət yaradılması məcburi hesab olunur.

Lakin bunlar sadəcə başlanğıcdır, rəqabətin güclü olduğu bu sahədə siz də uğur əldə etmək istəyirsizsə, bu imkanları Odero sizə təklif edir. Təklifimizdən yararlanmaqla öz məhsul və xidmətləriniz rahat üsulla geniş alıcı kütləsinə təqdim edə bilərsiz.

Digər yazılara baxın

Axtarışdan səbətə: ChatGPT və Amazon e-ticarətin gələcəyini formalaşdırır

Axtarışdan səbətə: ChatGPT və Amazon e-ticarətin gələcəyini formalaşdırır

2025-2026-cı illər süni intellekt (AI) texnologiyalarının online alış-veriş təcrübəsini kökündən dəyişdirdiyi dövr kimi yadda qalacaq. Ənənəvi e-ticarət axtarış sistemləri və satış kanalları tədricən “agentic commerce” — yəni istifadəçinin əvəzinə axtaran, müqayisə edən və bəzən hətta satınalan AI agentlərinə çevrilir. Bu, brendlər, pərakəndə satışçılar və istehlakçılar üçün həm fürsətlər, həm də risklər yaradır.

Pre-auth əməliyyatlar: Təhlükəsiz ödəniş mexanizminin əsas mərhələsi

Pre-auth əməliyyatlar: Təhlükəsiz ödəniş mexanizminin əsas mərhələsi

Pre-authorization (pre-auth) əməliyyatlar müasir ödəniş sistemlərində risklərin idarə olunması və əməliyyat təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan əsas mexanizmlərdən biridir. Bu anlayış kartdan müəyyən məbləğin faktiki olaraq tutulmadan, mövcud balansdan müvəqqəti şəkildə bloklanmasını ifadə edir.

2026-da Ödəniş Trendləri: Fintech və Yeni Rəqəmsal Maliyyə Reallıqları

2026-da Ödəniş Trendləri: Fintech və Yeni Rəqəmsal Maliyyə Reallıqları

2026 ili ödəniş texnologiyaları və fintech sektorunda köklü dəyişikliklərin baş verdiyi sürətli transformasiya dövrünə daxil olur. Artan rəqəmsal qəbul, süni intellektin iş proseslərinə inteqrasiyası, sürətli və görünməz ödənişlər, tokenizasiya və maliyyə xidmətlərinin həyatımıza daha dərindən daxil olması bu ilin əsas trend sahələridir.

Yeni il mövsümündə ən çox ödəniş edilən onlayn platformalar

Yeni il mövsümündə ən çox ödəniş edilən onlayn platformalar

Yeni il bayramı alış-veriş mövsümünün ən pik dövrlərindən biridir. İnsanlar hədiyyələr, geyimlər, aksesuarlar, ev dekoru və elektronika kimi məhsullara daha çox ehtiyac duyduqları üçün onlayn alış-veriş platformaları bu dövrdə rekord satışlara çatır. Bu dövrdə həm məhsul seçimi, həm də ödəniş üsulları dəyişir - istifadəçilər sürətli, təhlükəsiz və rahat online ödənişlərə üstünlük verirlər.

AI Compliance mütəxəssislərini əvəz edəcəkmi?

AI Compliance mütəxəssislərini əvəz edəcəkmi?

AI-nin yüksəlişi ilə bir çox sahədə olduğu kimi compliance sahəsində də bu sual gündəmdədir: “AI insanı əvəz edəcəkmi?” Lakin həm texnologiyanın gücünə, həm də insan mühakiməsinin dəyərinə baxanda görürük ki, əsl məsələ rəqabət deyil. AI sürət, dəqiqlik və yorulmadan işləmək kimi üstünlüklər gətirir.

Fintech tərəfdaşlığı: B2B bizneslər üçün niyə vacibdir?

Fintech tərəfdaşlığı: B2B bizneslər üçün niyə vacibdir?

Rəqəmsal dövr biznes dünyasını köklü şəkildə dəyişib. Artıq B2B (business-to-business) şirkətləri yalnız məhsul və ya xidmət satmaqla kifayətlənmir — daha çevik, şəffaf və sürətli maliyyə əməliyyatlarına malik olmağa çalışırlar.