April 24, 2023
E-ticarət nədir və bu ticarətə necə başlamaq olar?
Müasir dövrdə internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Rəqəmsal dünya, hətta o qədər inkişaf edib ki, insanlar bütün işlərini internet üzərindən həll edirlər. Günümüzdə ən gəlirli və tələbatın çox olduğu sahələrdən biri də, elə məhz e-ticarət platformalarıdır. Onlayn satışın nə olduğunu, demək olar ki, hər birimiz təxmin edirik. Lakin bu sahədən gəlir əldə etmək istəyirsizsə, gəlin, ilk növbədə e-ticarətin mahiyyətini anlamağa çalışaq.
E-ticarət nədir?
E-ticarət hamımızın bildiyi ticarət sisteminin bütövlükdə onlayn olaraq idarə edilməsidir. Elektron ticarətdə məhsulların satışı, paylanması, ödənişi və reklamı prosesləri internet üzərindən həyata keçirilir. Bu ticarətin ən böyük üstünlüklərindən biri də odur ki, alış-veriş etmək üçün heç bir fiziki fəaliyyət tələb olunmur və müştəri bazası müəyyən bir coğrafi ərazi və ya bölgə ilə məhdudlaşmır.
E-ticarətə haradan başlamaq lazımdır?
Bu sahədə uğurlu şəkildə satış etmək üçün biznes ideyasına və geniş məlumata sahib olmaq əsas şərtlərdəndir. İlk növbədə satışa çıxarmaq istədiyiniz məhsullar haqqında geniş araşdırma aparmaq lazımdır. Araşdırmalı olduğunuz əsas sahələr isə bunlardır:
- E-ticarətdə ən çox satılan sektorlar
- E-ticarətdə ən çox satılan məhsullar
- E-ticarət statistikası
- Elektron ixrac statistikası
- Elektron Ticarət Bazar Statistikası
Bəs biznes modeli seçmək nə üçün vacibdir?
Biznes ideyanızı dəqiqləşdirdikdən sonra atacağınız ikinci addım isə biznes modelinə qərar verməkdir. Biznes modelini seçmək, sizə düzgün hədəf auditoriyasını tapmaqla yanaşı, brendləri düzgün vurğulamaq üçün hansı iş növünü müəyyənləşdirməyə də kömək edəcək.
Hədəf auditoriyasının e-ticarətdə rolu
Istənilən onlayn mağaza üçün hədəf auditoriyasının müəyyən edilməsi e-ticarətdə uğurlu satış etmək istəyən hər bir markanın diqqət etməli olduğu məsələlərdəndir. Ona görə ki, hər bir markanın hədəf auditoriyasına uyğun gördüyü reklam və tanıtım fəaliyyətləri fərqli olur.
Bir onlayn mağazanızın cəlbedici olması üçün diqqət etməli olduğunuz nüanslar
Veb-saytınızı qurmaq və inkişaf etdirmək üçün bunlardan başqa, sizə brend adı, domen və cəlbedici loqo lazım olacaq. Burda domen və dizayn edəcəyiniz loqo markanızın adına uyğun seçilməlidir. Bu, müştərilərin diqqətini və güvənini qazanmağa şərait yaradacaq.
E-ticarət üçün şirkətinizi yaratmaq vacibdir
Növbəti mərhələdə isə elektron ticarətlə internet üzərindən məhsul satacaq brendlər elektron ticarəti qanuni şəkildə həyata keçirmək üçün şirkət qurmalıdırlar. Çünki istənilən sektordan gəlir əldə edən insanlar və müəssisələr dövlətə vergi ödəməlidirlər. Bu səbəbdən də, e-ticarət üçün şirkət yaradılması məcburi hesab olunur.
Lakin bunlar sadəcə başlanğıcdır, rəqabətin güclü olduğu bu sahədə siz də uğur əldə etmək istəyirsizsə, bu imkanları Odero sizə təklif edir. Təklifimizdən yararlanmaqla öz məhsul və xidmətləriniz rahat üsulla geniş alıcı kütləsinə təqdim edə bilərsiz.
Digər yazılara baxın
Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar
Rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu proses davamlı olaraq inkişaf edir. Bir zamanlar bank kartlarından istifadə bugünkü qədər geniş yayılmamışdı, hazırda onlayn alış-veriş, mobil ödənişlər və rəqəmsal maliyyə xidmətləri gündəlik həyatımızın bir hissəsidir.
Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?
Sosial media kiçik bizneslər üçün yalnız məhsul və xidmətlərin tanıdıldığı platforma olmaqdan çıxaraq satış kanallarından birinə çevrilib. Müştəri məhsulu sosial mediada görür, bizneslə birbaşa əlaqə saxlayır, sifarişini verir və bütün prosesi onlayn şəkildə tamamlamaq istəyir.
Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq
Sentyabr ayı yeni tədris ilinin başlanğıcı ilə yanaşı, məktəb və təhsillə bağlı xərclərin də artdığı dövrdür. Dəftərxana ləvazimatlarından məktəb geyimlərinə, kurslardan təhsil ödənişlərinə qədər bir çox ehtiyac məhz bu dövrdə aktuallaşır.
Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?
Onlayn alış-verişin inkişafı ilə istifadəçilərin ödəniş üsullarına olan gözləntiləri də dəyişir. Müştərilər artıq yalnız məhsul və ya xidmət seçiminə deyil, ödənişi necə həyata keçirə biləcəklərinə də önəm verirlər. Kartla ödəniş, rəqəmsal cüzdanlar və digər alternativlərlə yanaşı, taksitli ödəniş imkanı da daha çevik alış-veriş təcrübəsinin bir hissəsinə çevrilib.
Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?
Rəqəmsal ödənişlərin gündəlik həyatımızda geniş yayılması ilə kartdan-karta köçürmələr də vəsait göndərməyin ən çox istifadə olunan üsullarından birinə çevrilib. Lakin şəxslər arasında pul köçürmək üçün rahat olan bu üsul, bizneslərin müştərilərindən davamlı şəkildə ödəniş qəbul etməsi üçün hər zaman ən uyğun seçim deyil.
QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?
Son illərdə rəqəmsal ödəniş texnologiyalarının inkişafı ilə QR kod vasitəsilə ödənişlər həm dünyada, həm də Azərbaycanda geniş yayılmağa başlayıb. Sadəcə bir QR kodu skan etməklə ödənişi bir neçə saniyə ərzində tamamlamaq mümkündür.