
September 20, 2023
E-ticarətdə sosial medianın önəmi
Elektron ticarət sektoru günü-gündən daha çox insanın diqqətini cəlb edir. Hər nə qədər rəqəmsal sistemlər müştərilərə əlçatanlığı asanlaşdırsa da, bu gün bir çox e-ticarət saytları mövcuddur. Onlayn satışda uğurlu satıcı olmaq istəyirsizsə, sosial medianın e-ticarətdəki önəmini unutmamalısız. Bu yol hədəf auditoriyanıza daha effektiv şəkildə çatmağınıza kömək edəcək. Xüsusilə də e-ticarət saytınızı yeni qurduğunuz zaman, markanızın yaradılması, özünüzü hədəf auditoriyanıza tanıtmaq və onlarla əlaqə yaratmaq kimi məsələlərdə köməyinizə çatacaq. Sosial medianın vacibliyi bununla bitmir, o sizə həm də rəqiblərinizi təhlil etmə imkanı da yaradır.
SOSİAL MEDİA REKLAMLARINDAN İSTİFADƏ EDİN
Sosial media reklamları e-ticarət brendinizi tanıtmaq üçün sizə geniş imkanlar təqdim edir. Biznesinizin məhsullarını hədəf auditoriyanıza tanıtmaq və sosial media istifadəçilərinə əlçatanlığı artırmaq üçün ən populyar sosial media platformalarından istifadə etmək mümkündür. Xüsusilə, Facebook, Instagram və TikTok kimi platformalar tez-tez e-ticarət brendləri üçün populyardır.
FACEBOOK VASİTƏSİLƏ BRENDİNİZİ HƏDƏF AUDİTORİYANIZA TANIDIN
Günümüzün ən populyar və ən çox istifadə edilən sosial media platformalarından biri olan Facebook e-ticarət vasitəsi ilə onlayn məhsul və xidmət satan şirkətlərin ən çox üstünlük verdiyi platformalardan birinə çevrilmişdir. Bir çox e-ticarət şirkəti bu platforma vasitəsilə əlaqə yaradır və satışlarını artırmağa çalışır. Facebook ilə e-ticarət satışlarını artırmaq istəyən insanların və müəssisələrin diqqət etməli olduğu bir çox vacib məqam var.
- Facebook Səhifə Yaratma
- Facebook Yazıları
- Daimi Paylaşım
- Facebook mağazası
- Facebook Pixel
- Facebook reklamları
Facebook səhifəsi yaradarkən müəssisələrin diqqət etməli olduğu vacib məqamlar aşağıdakılardır:
- Facebook səhifənizin adını və istifadəçi adını brend adınız kimi təyin edin. Facebook profil şəklinizdə və örtük şəklinizdə brendinizin loqosu və təqdim etdiyiniz xidmətlərin fotoşəkillərindən istifadə edin.
- Şəkillərinizi tənzimləyərkən Facebook şəkil ölçülərinə uyğun fotolardan istifadə etməyi seçin.
- Veb saytınızı, brend şüarı və missiyanızı səhifənizdəki istifadəçilərlə paylaşın.
- Facebook istifadəçiləri üçün vacib olan əlaqə vasitələri və iş saatları kimi məlumatları paylaşmağa diqqət yetirin.
Bundan başqa, daimi paylaşımlar Facebook ilə satışlarını artırmaq istəyən insanların və müəssisələrin diqqət etməli olduğu ən mühüm amillərdən biridir. Çünki Facebook alqoritmi daim dəyişir və o, Facebook-da vaxt keçirən hesabların yazılarını önə çəkir.
İNSTAGRAM ÜZƏRİNDƏN ONLAYN SATIŞIN ÖNƏMİ
Instagram və onlayn satış arasında bir çox əlaqə var. Xüsusilə, Instagram e-ticarət üçün mühüm marketinq vasitəsidir. Bu vasitə ilə siz minlərlə istifadəçiyə çata, məhsullarınızı tanıda və reklam edə biləcəksiniz.
Aşağıdakı təkliflər sizə Instagram və e-ticarət arasındakı əlaqəni daha yaxşı anlamağınıza kömək edəcək.
- Ilk növbədə Instagramda satış etmək üçün Instagramın satış xüsusiyyətindən istifadə edə bilərsiniz. Bu funksiya istifadəçilərə məhsulları birbaşa Instagramda almaq imkanı verir.
- Instagramda reklam etməklə hədəf auditoriyanıza çata bilərsiniz.
- İnstagramda qarşılıqlı əlaqə yaradın. Bu yolla müştərilərinizlə daha isti münasibət qura bilərsiniz.
- Instagramda kampaniyalar təşkil edin. Instagramda kampaniyalar təşkil etməklə, müştərilərinizi məhsullarınızı almağa təşviq edə bilərsiniz.
- Xüsusi endirim kodları verin. Bununla da yeni müştərilər cəlb etmiş olacaqsız.
- Instagramda rəy alın, müştərilərinizin nə düşündüyünü anlayaraq məhsullarınızın ən yaxşı variantını yarada bilərsiz.
TİKTOK-DA SATIŞ ETMƏK
TikTok son illərdə böyük populyarlıq qazanan sosial media platformasıdır. Bu sosial şəbəkə e-ticarət şirkətləri üçün hədəf auditoriyasına çatmaq və brendlərini tanıtmaq üçün potensial imkanlar təklif edir. Çünki bu platformaya milyonlarla insan üzv olur və onların əksəriyyəti isə gənclərdir. Xüsusilə hədəf auditoriyanız gənclərdirsə, TikTok-dan istifadə etməklə onlara qısa zamanda çatmaq mümkündür. Ancaq bilməli olduğunuz bir şey var ki, burada Facebook və Instagramda olduğu kimi yaradılan mağaza yoxdur. Ancaq bir hesabınız varsa və hədəf auditoriyanızın diqqətini cəlb edirsizsə , məhsulları tanıda və satışlar edə bilərsiz. Bu platformanın üstünlüklərindən biri də odur ki, üzvlük tamamilə pulsuzdur və yayımladığınız cəlbedici, orijinal məzmunla böyük auditoriyanın diqqətini cəlb edə bilərsiz.
TİKTOK ELEKTRON TİCARƏT STRATEGİYALARI
TikTok e-ticarət şirkətləri üçün bir çox sual işarəsi yarada bilər. Buna görə də, TikTok platformasında necə paylaşımlar etməyinizi bilmək vacibdir. Beləliklə, strategiyalarınızı daha effektiv planlaşdıra bilərsiz.
- TikTok hərəkətli və maraqlı paylaşımları sürətlə yaya bilən platformadır. Məhsullarınızı tanıtmaq üçün orijinal, əyləncəli və cəlbedici videolar yaratmaq vacibdir. Bu videolar istifadəçiləri heyran edə bilər və onlarda brendinizə maraq yarada bilər.
- TikTok-da istifadəçilər daha çox bloggerlərdən təsirlənirlər. Bir bloggerlə əməkdaşlıq edərək, məhsullarınızı və markanızı geniş auditoriyaya təqdim edə bilərsiniz.
- TikTok reklamları brendinizin və məhsullarınızın platformada daha çox görünməsinə kömək edə bilər. Bu reklamlar markanız haqqında məlumatlılığı artırmaq və satışları çoxaltmaq üçün vacib bir vasitədir.
- TikTok-dakı tendensiyalar tez dəyişir. Buna görə də, trendləri izləmək və məzmun strategiyalarınızı buna uyğun olaraq tənzimləmək vacibdir.
- TikTok istifadəçilərinin ən aktiv olduğu saatlarda paylaşımlar etməyiniz paylaşımınızın daha çox görünməsinə və daha çox istifadəçiyə çatmasına kömək edə bilər.
Beləliklə, e-ticarət saytları sosial media reklamları ilə daha effektiv istifadə oluna bilər. Sizlərlə bölüşdüyümüz strategiyalara diqqət yetirsəz, sosial mediadan e-ticarət üçün daha səmərəli istifadə edə bilərsiz.