August 12, 2026
Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?
Rəqəmsal ödənişlərin gündəlik həyatımızda geniş yayılması ilə kartdan-karta köçürmələr də vəsait göndərməyin ən çox istifadə olunan üsullarından birinə çevrilib. Lakin şəxslər arasında pul köçürmək üçün rahat olan bu üsul, bizneslərin müştərilərindən davamlı şəkildə ödəniş qəbul etməsi üçün hər zaman ən uyğun seçim deyil.
Azərbaycanda kartdan-karta əməliyyatlarla bağlı tətbiq olunan yeni qaydalar də bizneslərin ödəniş qəbulu üçün alternativ və daha məqsədyönlü rəqəmsal həllərə ehtiyacını gündəmə gətirir.
Kartdan-karta köçürmələrdə nə dəyişib?
Yeni qaydalara əsasən, kartlara mədaxil və kartdan-karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat həyata keçirmək mümkündür. Müştərinin öz kartları arasında həyata keçirdiyi əməliyyatlara isə bu limit şamil edilmir.
Gündəlik şəxsi köçürmələr üçün bu məhdudiyyət böyük dəyişiklik yaratmaya bilər. Lakin gün ərzində çoxsaylı müştəridən kartdan-karta ödəniş qəbul edən bizneslər üçün əməliyyat sayının məhdudlaşdırılması alternativ ödəniş üsullarına keçidi daha aktual edir.
Kartdan-karta köçürmə biznes üçün niyə uyğun olmaya bilər?
Kartdan-karta köçürmələrin əsas məqsədi bir kart sahibinin digər kart sahibinə vəsait göndərməsidir. Müştərilərdən məhsul və ya xidmət qarşılığında mütəmadi ödəniş qəbul etmək isə fərqli prosesdir və bunun üçün bizneslərə uyğun ödəniş infrastrukturu daha məqsədəuyğundur.
Kartdan-karta ödəniş qəbul edərkən biznes əməliyyatları sistemli şəkildə izləmək, ödənişləri konkret sifarişlərlə əlaqələndirmək və satışların uçotunu aparmaqda çətinliklərlə qarşılaşa bilər. Müştəri baxımından isə kart nömrəsinə pul köçürmək peşəkar checkout və ya ödəniş səhifəsinin təqdim etdiyi təcrübədən fərqlənir.
Təhlükəsizlik baxımından da biznesin müştəriyə şəxsi və ya korporativ kart nömrəsi göndərməsi əvəzinə, ödəniş üçün nəzərdə tutulmuş təhlükəsiz rəqəmsal infrastruktura yönləndirməsi daha məqsədəuyğun yanaşmadır.
Alternativ nədir?
Biznesin ayrıca e-commerce saytı və ya mürəkkəb texniki inteqrasiyası olmadan online ödəniş qəbul etməsinin rahat yollarından biri ödəniş linkidir.
Proses sadədir: biznes ödəniş üçün link yaradır və onu WhatsApp, Instagram, e-mail və ya digər kommunikasiya kanalı vasitəsilə müştəriyə göndərir. Müştəri linkə daxil olaraq təhlükəsiz ödəniş səhifəsində kart məlumatlarını özü daxil edir və ödənişi tamamlayır.
Beləliklə, biznes kart nömrəsini paylaşmadan və müştəridən kartdan-karta köçürmə tələb etmədən rəqəmsal şəkildə ödəniş qəbul edə bilir.
Odero Ödəniş Linki biznesə nə qazandırır?
Oderonun Ödəniş Linki həlli bizneslərə vebsayt və ya ayrıca ödəniş inteqrasiyası olmadan müştərilərindən online ödəniş qəbul etmək imkanı verir. Biznes sadəcə ödəniş linkini yaradır və müştəri ilə paylaşır, müştəri isə link vasitəsilə ödəniş səhifəsinə keçərək əməliyyatı tamamlayır.
Ödəniş linki xüsusilə vebsaytı olmayan və ya ayrıca ödəniş inteqrasiyası qurmaq istəməyən bizneslər üçün rahat həll ola bilər. Sosial media və WhatsApp üzərindən satış edən bizneslər, freelancerlər, konsultasiya və təlim xidmətləri göstərənlər, eləcə də uzaqdan xidmət təqdim edən bizneslər bu üsuldan istifadə edə bilərlər.
Bu həll ödəniş qəbulunu daha çevik və praktik etməklə yanaşı, biznesə ödəniş prosesini daha sistemli şəkildə təşkil etməyə, əməliyyatları izləməyə və müştərilərinə daha rahat ödəniş təcrübəsi təqdim etməyə imkan yaradır.
Kartdan-karta köçürmədən biznes ödənişlərinə doğru.
Kartdan-karta köçürmə şəxslər arasında vəsait göndərmək üçün rahat üsul olaraq qalır. Lakin biznes böyüdükcə və gündəlik ödənişlərin sayı artdıqca ödəniş qəbulunun da biznes ehtiyaclarına uyğun şəkildə təşkil edilməsi vacib olur.
Yeni kartdan-karta əməliyyat limitləri bu fərqi daha aydın göstərir. Bizneslər üçün ödəniş linki kimi həllər kart nömrəsi paylaşmadan, müştəriyə rahat ödəniş imkanı təqdim etməyə və ödəniş prosesini daha sistemli şəkildə idarə etməyə imkan verir.
Odero Ödəniş Linki ilə bizneslər müştərilərinə sadəcə bir link göndərərək online ödəniş qəbul edə və kartdan-karta köçürməyə alternativ olaraq biznes üçün nəzərdə tutulmuş rəqəmsal ödəniş həllindən istifadə edə bilərlər.
Digər yazılara baxın
Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar
Rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu proses davamlı olaraq inkişaf edir. Bir zamanlar bank kartlarından istifadə bugünkü qədər geniş yayılmamışdı, hazırda onlayn alış-veriş, mobil ödənişlər və rəqəmsal maliyyə xidmətləri gündəlik həyatımızın bir hissəsidir.
Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?
Sosial media kiçik bizneslər üçün yalnız məhsul və xidmətlərin tanıdıldığı platforma olmaqdan çıxaraq satış kanallarından birinə çevrilib. Müştəri məhsulu sosial mediada görür, bizneslə birbaşa əlaqə saxlayır, sifarişini verir və bütün prosesi onlayn şəkildə tamamlamaq istəyir.
Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq
Sentyabr ayı yeni tədris ilinin başlanğıcı ilə yanaşı, məktəb və təhsillə bağlı xərclərin də artdığı dövrdür. Dəftərxana ləvazimatlarından məktəb geyimlərinə, kurslardan təhsil ödənişlərinə qədər bir çox ehtiyac məhz bu dövrdə aktuallaşır.
Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?
Onlayn alış-verişin inkişafı ilə istifadəçilərin ödəniş üsullarına olan gözləntiləri də dəyişir. Müştərilər artıq yalnız məhsul və ya xidmət seçiminə deyil, ödənişi necə həyata keçirə biləcəklərinə də önəm verirlər. Kartla ödəniş, rəqəmsal cüzdanlar və digər alternativlərlə yanaşı, taksitli ödəniş imkanı da daha çevik alış-veriş təcrübəsinin bir hissəsinə çevrilib.
QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?
Son illərdə rəqəmsal ödəniş texnologiyalarının inkişafı ilə QR kod vasitəsilə ödənişlər həm dünyada, həm də Azərbaycanda geniş yayılmağa başlayıb. Sadəcə bir QR kodu skan etməklə ödənişi bir neçə saniyə ərzində tamamlamaq mümkündür.
Samsung Pay: Apple Pay və Google Pay-ə alternativdir, yoxsa ciddi rəqib?
Rəqəmsal cüzdanlar son illərdə həm istifadəçilərin, həm də bizneslərin ödəniş vərdişlərini dəyişib. Artıq smartfon və ya ağıllı saat vasitəsilə bir toxunuşla ödəniş etmək gündəlik həyatın adi hissəsinə çevrilib. Bu sahədə ən tanınmış xidmətlər sırasında Apple Pay, Google Pay və Samsung Pay yer alır.