February 14, 2024

Linklə ödəniş – sosial mediadan satış edənlər üçün ən rahat və təhlükəsiz ödəniş qəbulu üsulu

COVID-19 dövrü ilə fiziki kart xərclərində 35% azalma müşahidə edildi. Bunun ən böyük səbəbi isə əksər müştərilərin onlayn alış-verişə üstünlük verməsidir. Beləliklə, bir çox sahibkar diqqətini e-ticarətə çevirdi, bunun gəlirli bir bazaryeri olduğunu gördü. 

Sosial mediadan istifadənin artması alış-veriş vərdişlərini də dəyişdirib. Dünya üzrə istifadəçilər sosial mediada gündə orta hesabla 145 dəqiqə (təxminən 2 saat yarım) vaxt keçirirlər. İstifadəçilər bu vaxtı sadəcə əyləncə məqsədli kontentə deyil, həm də məhsul axtarışına da sərf edirlər. Milyardlarla istifadəçisi olan Instagram, Facebook, Tiktok və digər sosial şəbəkələr bütün diqqəti məhsul və ya xidmətinizə çəkə bilir. Sosial mediadan satış həyata keçirən bizneslər, əsasən, story, post və canlı yayım xüsusiyyətlərindən istifadə edərək tanıtım və satışlarını həyata keçirirlər.

Sosial media üzərindən satış zamanı ən çox verilən sual ödənişin nə şəkildə icra olunacağı haqqındadır. Şübhəsiz ki, sosial şəbəkə üzərindən satış edən sahibkarlar üçün ən rahat və təhlükəsiz ödəniş üsulu linklə ödəniş qəbuludur. 

Bu ödəniş qəbulu xidmətinin əsas təhlükəsizlik səbəbi insanların ödəniş almaq üçün kart məlumatlarınızı qarşı tərəf ilə paylaşmalı olmamasıdır. Bunun yerinə link yaradaraq və ödəniləcək məbləği qeyd edərək müştəriyə Whatsapp, SMS, e-poçt və ya digər messengerlərdən göndərmək kifayət edir. Müştəri linkə klikyərək ödəniş səhifəsinə keçid edir və kart məlumatlarını daxil edərək ödənişi tamamlayır. Linklə ödəniş qəbulu üsulu həm də geri qaytarma prosedurunu da asanlaşdırır. Belə ki, sahibkarlar geri qaytarmanı yalnız bir kliklə tam və hissəli şəkildə icra edə bilər.

Sosial mediada link ilə ödəniş qəbulu yalnız pərakəndə məhsul (geyim, kosmetika, oyuncaq, handmade və s.) satışında deyil, həm də bir çox xidmət sahəsində də istifadə olunur. Məsələn; onlayn dərslər, viza müraciətləri, influencer marketingi, daşıma, təmizlik və müxtəlif konsultasiya xidmətlərində.

 

Linklə ödəniş xidməti haqqında ətraflı məlumat almaq üçün linkə keçid edə bilərsiniz.

 

 

Digər yazılara baxın

Axtarışdan səbətə: ChatGPT və Amazon e-ticarətin gələcəyini formalaşdırır

Axtarışdan səbətə: ChatGPT və Amazon e-ticarətin gələcəyini formalaşdırır

2025-2026-cı illər süni intellekt (AI) texnologiyalarının online alış-veriş təcrübəsini kökündən dəyişdirdiyi dövr kimi yadda qalacaq. Ənənəvi e-ticarət axtarış sistemləri və satış kanalları tədricən “agentic commerce” — yəni istifadəçinin əvəzinə axtaran, müqayisə edən və bəzən hətta satınalan AI agentlərinə çevrilir. Bu, brendlər, pərakəndə satışçılar və istehlakçılar üçün həm fürsətlər, həm də risklər yaradır.

Pre-auth əməliyyatlar: Təhlükəsiz ödəniş mexanizminin əsas mərhələsi

Pre-auth əməliyyatlar: Təhlükəsiz ödəniş mexanizminin əsas mərhələsi

Pre-authorization (pre-auth) əməliyyatlar müasir ödəniş sistemlərində risklərin idarə olunması və əməliyyat təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan əsas mexanizmlərdən biridir. Bu anlayış kartdan müəyyən məbləğin faktiki olaraq tutulmadan, mövcud balansdan müvəqqəti şəkildə bloklanmasını ifadə edir.

2026-da Ödəniş Trendləri: Fintech və Yeni Rəqəmsal Maliyyə Reallıqları

2026-da Ödəniş Trendləri: Fintech və Yeni Rəqəmsal Maliyyə Reallıqları

2026 ili ödəniş texnologiyaları və fintech sektorunda köklü dəyişikliklərin baş verdiyi sürətli transformasiya dövrünə daxil olur. Artan rəqəmsal qəbul, süni intellektin iş proseslərinə inteqrasiyası, sürətli və görünməz ödənişlər, tokenizasiya və maliyyə xidmətlərinin həyatımıza daha dərindən daxil olması bu ilin əsas trend sahələridir.

Yeni il mövsümündə ən çox ödəniş edilən onlayn platformalar

Yeni il mövsümündə ən çox ödəniş edilən onlayn platformalar

Yeni il bayramı alış-veriş mövsümünün ən pik dövrlərindən biridir. İnsanlar hədiyyələr, geyimlər, aksesuarlar, ev dekoru və elektronika kimi məhsullara daha çox ehtiyac duyduqları üçün onlayn alış-veriş platformaları bu dövrdə rekord satışlara çatır. Bu dövrdə həm məhsul seçimi, həm də ödəniş üsulları dəyişir - istifadəçilər sürətli, təhlükəsiz və rahat online ödənişlərə üstünlük verirlər.

AI Compliance mütəxəssislərini əvəz edəcəkmi?

AI Compliance mütəxəssislərini əvəz edəcəkmi?

AI-nin yüksəlişi ilə bir çox sahədə olduğu kimi compliance sahəsində də bu sual gündəmdədir: “AI insanı əvəz edəcəkmi?” Lakin həm texnologiyanın gücünə, həm də insan mühakiməsinin dəyərinə baxanda görürük ki, əsl məsələ rəqabət deyil. AI sürət, dəqiqlik və yorulmadan işləmək kimi üstünlüklər gətirir.

Fintech tərəfdaşlığı: B2B bizneslər üçün niyə vacibdir?

Fintech tərəfdaşlığı: B2B bizneslər üçün niyə vacibdir?

Rəqəmsal dövr biznes dünyasını köklü şəkildə dəyişib. Artıq B2B (business-to-business) şirkətləri yalnız məhsul və ya xidmət satmaqla kifayətlənmir — daha çevik, şəffaf və sürətli maliyyə əməliyyatlarına malik olmağa çalışırlar.