March 12, 2026
Odero, Visa Ready Full Sertifikasiyasını Uğurla tamamladı.
Azərbaycanda fəaliyyət göstərən ödəniş təşkilatı şirkəti Odero (Token Azərbaycan MMC), Visa tərəfindən təqdim edilən “Visa Ready Full” sertifikasiyasını tamamlayaraq “Visa Certified Payment Facilitator” statusunu aldı. Bu sertifikat, yalnız Visa-nın ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçən, beynəlxalq standartlara cavab verən ödəniş təşkilatlarına təqdim olunur.
Qeyd edilən sertifikat xüsusilə turizm, rent a car və otel kimi beynəlxalq müştərilərlə çalışan sektorlar üçün mühüm əhəmiyyət daşıyır. Bu sahələr üzrə ödəniş qəbulu xidməti yalnız qeyd edilən sertifikatı əldə edən şirkətlər tərəfindən təqdim edilə bilir, bu da sertifikatın strateji əhəmiyyətini daha da artırır.
Sertifikat, ödəniş təhlükəsizliyi, risklərin idarə olunması, uyğunluq prosedurları və əməliyyat prosesləri üzrə Visa standartlarına tam uyğunluğun təsdiqi hesab olunur. Bu çərçivədə, Odero ilə əməkdaşlıq edən bizneslər daha şəffaf, təhlükəsiz və qlobal tələblərə cavab verən ödəniş infrastrukturu əldə edirlər.
Oderonun Baş Direktoru Raşit Kartalın sözlərinə görə, bu nailiyyət şirkətin beynəlxalq standartlara uyğun inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı, yerli bizneslərin qlobal bazara çıxışını dəstəkləməyi hədəfləyir.
Digər yazılara baxın
Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar
Rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu proses davamlı olaraq inkişaf edir. Bir zamanlar bank kartlarından istifadə bugünkü qədər geniş yayılmamışdı, hazırda onlayn alış-veriş, mobil ödənişlər və rəqəmsal maliyyə xidmətləri gündəlik həyatımızın bir hissəsidir.
Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?
Sosial media kiçik bizneslər üçün yalnız məhsul və xidmətlərin tanıdıldığı platforma olmaqdan çıxaraq satış kanallarından birinə çevrilib. Müştəri məhsulu sosial mediada görür, bizneslə birbaşa əlaqə saxlayır, sifarişini verir və bütün prosesi onlayn şəkildə tamamlamaq istəyir.
Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq
Sentyabr ayı yeni tədris ilinin başlanğıcı ilə yanaşı, məktəb və təhsillə bağlı xərclərin də artdığı dövrdür. Dəftərxana ləvazimatlarından məktəb geyimlərinə, kurslardan təhsil ödənişlərinə qədər bir çox ehtiyac məhz bu dövrdə aktuallaşır.
Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?
Onlayn alış-verişin inkişafı ilə istifadəçilərin ödəniş üsullarına olan gözləntiləri də dəyişir. Müştərilər artıq yalnız məhsul və ya xidmət seçiminə deyil, ödənişi necə həyata keçirə biləcəklərinə də önəm verirlər. Kartla ödəniş, rəqəmsal cüzdanlar və digər alternativlərlə yanaşı, taksitli ödəniş imkanı da daha çevik alış-veriş təcrübəsinin bir hissəsinə çevrilib.
Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?
Rəqəmsal ödənişlərin gündəlik həyatımızda geniş yayılması ilə kartdan-karta köçürmələr də vəsait göndərməyin ən çox istifadə olunan üsullarından birinə çevrilib. Lakin şəxslər arasında pul köçürmək üçün rahat olan bu üsul, bizneslərin müştərilərindən davamlı şəkildə ödəniş qəbul etməsi üçün hər zaman ən uyğun seçim deyil.
QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?
Son illərdə rəqəmsal ödəniş texnologiyalarının inkişafı ilə QR kod vasitəsilə ödənişlər həm dünyada, həm də Azərbaycanda geniş yayılmağa başlayıb. Sadəcə bir QR kodu skan etməklə ödənişi bir neçə saniyə ərzində tamamlamaq mümkündür.