March 26, 2023

“Koç Holding”in yeni ödəniş sistemi Odero Azərbaycanda!

“Biznesmen istəsin, edər o!” mottolu Odero markası ilə yola çıxan Token Azərbaycan MMC Forbes 500 siyahısında yer alan “Koç Holding”in Azərbaycandakı Fintech (Financial Technology) şirkətidir. Onlayn ödənişə innovativ yanaşma gətirən Odero bazara yeni maliyyə vərdişləri qazandırmağı və onlayn satışı asanlaşdırmağı hədəfləyir. Şirkət veb-mağaza və onlayn ödəniş qəbulu xidmətləri ilə biznesmenlər və müştərilər arasında tam etibarlı, sürətli və istifadəçi dostu rəqəmsal ödəniş təcrübəsi yaradır.

Statistikaya görə dünyada onlayn alış-veriş ilbəil artır. Onlayn ticarət həcminin ötən ilə nisbətdə 12% artaraq 2022-ci ilin sonunda 5.5 trilyon USD olaraq tamamlanacağı gözlənilir. Mərkəzi Bankın rəqəmlərinə əsasən Azərbaycanda da bu il onlayn ticarət həcminin iki dəfə artdığı müşahidə edilir.

Pandemiya dövründən başlayaraq sürətlə artışa keçən onlayn alış-veriş vərdişi artmağa davam edir.

Pandemiya ənənəvi oflayn biznes sahiblərinə fəaliyyətlərinin bir anda necə dayana biləcəyi riskini, həmçinin onlayna keçərək böyümə imkanlarını göstərdi. Bu müddətdə riski fürsətə çevirərək onlayn ticarətə keçid edən bizneslər daha az zərər gördü. Onlar üçün satış prosesi fasiləsiz davam etdi, hal-hazırda da onlayn ticarət həcmlərini həm sosial media, həm də  veb-sayt üzərindən sifariş almaqla böyütməyə davam edirlər. Bənzər bir halda eyni zərərlərlə qarşılaşmamaq üçün ənənəvi biznes sahiblərinin onlayna keçidi mütləqdir.

Onlayna keçid fürsətini dəyərləndirmək istəyən biznesmenlər Oderonun yardımı ilə bunu həyata keçirə bilərlər.

Oderonun təklif etdiyi xidmətlər:

- Biznesə uyğun onlayn mağaza və mobil tətbiq;

- Sayt üzərindən satışda Virtual POS;

- Sosial mediadan satışda Linklə ödəniş.

Virtual POS biznesmenlərə veb-saytda ödənişi istənilən debet və kredit kartı ilə qəbul etmək fürsəti verir, Linklə ödəniş isə məhsul məlumatlarını doldurub linkə çevirmək və müştəriyə göndərməklə ödəniş qəbulunu təmin edir.

Ödəniş qəbulu sistemi dünya standartlarına uyğun, sürətli və təhlükəsizdir. Əməliyyatlar daim nəzarətdə saxlanılır, şübhəli hallar dərhal araşdırılır və təhlükələrə qarşı tədbirlər görülür.

Odero barədə ətraflı məlumat və qoşulma üçün:  (012) 310 57 10

Veb-sayt: Odero.az

Digər yazılara baxın

Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar

Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar

Rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu proses davamlı olaraq inkişaf edir. Bir zamanlar bank kartlarından istifadə bugünkü qədər geniş yayılmamışdı, hazırda onlayn alış-veriş, mobil ödənişlər və rəqəmsal maliyyə xidmətləri gündəlik həyatımızın bir hissəsidir.

Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?

Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?

Sosial media kiçik bizneslər üçün yalnız məhsul və xidmətlərin tanıdıldığı platforma olmaqdan çıxaraq satış kanallarından birinə çevrilib. Müştəri məhsulu sosial mediada görür, bizneslə birbaşa əlaqə saxlayır, sifarişini verir və bütün prosesi onlayn şəkildə tamamlamaq istəyir.

Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq

Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq

Sentyabr ayı yeni tədris ilinin başlanğıcı ilə yanaşı, məktəb və təhsillə bağlı xərclərin də artdığı dövrdür. Dəftərxana ləvazimatlarından məktəb geyimlərinə, kurslardan təhsil ödənişlərinə qədər bir çox ehtiyac məhz bu dövrdə aktuallaşır.

Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?

Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?

Onlayn alış-verişin inkişafı ilə istifadəçilərin ödəniş üsullarına olan gözləntiləri də dəyişir. Müştərilər artıq yalnız məhsul və ya xidmət seçiminə deyil, ödənişi necə həyata keçirə biləcəklərinə də önəm verirlər. Kartla ödəniş, rəqəmsal cüzdanlar və digər alternativlərlə yanaşı, taksitli ödəniş imkanı da daha çevik alış-veriş təcrübəsinin bir hissəsinə çevrilib.

Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?

Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?

Rəqəmsal ödənişlərin gündəlik həyatımızda geniş yayılması ilə kartdan-karta köçürmələr də vəsait göndərməyin ən çox istifadə olunan üsullarından birinə çevrilib. Lakin şəxslər arasında pul köçürmək üçün rahat olan bu üsul, bizneslərin müştərilərindən davamlı şəkildə ödəniş qəbul etməsi üçün hər zaman ən uyğun seçim deyil.

QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?

QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?

Son illərdə rəqəmsal ödəniş texnologiyalarının inkişafı ilə QR kod vasitəsilə ödənişlər həm dünyada, həm də Azərbaycanda geniş yayılmağa başlayıb. Sadəcə bir QR kodu skan etməklə ödənişi bir neçə saniyə ərzində tamamlamaq mümkündür.