January 15, 2024
Sahibkarlar niyə onlayn mağaza açmalıdır?
E-ticarət 1990-cı illərin əvvəllərindən Amazonun sadəcə kitab satmağı ilə başlayan, lakin bu gün, əsasən də pandemiya zamanı daha da böyüyən çox milyard dollarlıq bir sənayedir. Dünyada öz yerini tutmaq, satışlarını artırmaq, brendlərini geniş auditoriyaya elan etmək istəyən sahibkarların demək olar ki, hamısı məhsul və xidmətlərini onlayn satmağa başlayıb.
Bu yazıda fiziki mağaza sahiblərinin onlayn satış mağazası açmaqla hansı üstünlüklərdən faydalana biləcəyini müzakirə edəcəyik.
Bəs onlayn mağaza nədir?
İnternetdə alış-veriş etməyə imkan verən veb-saytlar və mobil tətbiqlər onlayn mağazalar adlanır. Sahibkarlar məhsullarının şəkillərini, təsvirlərini və digər məlumatlarını onlayn mağazalarına əlavə edirlər. Müştərilər də rahatlıqla seçim edərək, istədikləri məhsulu ala bilirlər.
Kimlər onlayn mağaza açmalıdır?
- Bizneslərini evdən idarə etmək rahatlığına sahib olmaq istəyən sahibkarlar.
- Fiziki mağazasını onlayn platformaya köçürərək satış həcmini genişləndirmək istəyənlər.
- E-ticarət platformalarının mövcud hədəf auditoriyasından istifadə edərək individual mağazasını açmaq fikri olanlar.
- Qısa müddətdə şirkətin satış həcmini, marka bilinirliyini və görünürlüğünü sürətləndirmək və genişləndirmək istəyənlər.
Onlayn mağazanın üstünlükləri nələrdir?
- 7/24 satış imkanınız var çünki mağazanız hər zaman açıq olur.
- Mağazanı az büdcə ilə açaraq sürətlə böyümək mümkündür.
- Sadəcə ölkə daxilində deyil, qlobal satışlar da edə bilərsiniz.
- Onlayn satışlar iş saatlarından və bayramlardan asılı olmadan həyata keçirilir.
- İnternetə çıxışı olan hər kəsə satış etmək imkanınız var.
- Limit yoxdur – sayta istədiyiniz qədər məhsul yerləşdirilir.
- Saytınızdan alış-veriş edən müştərilərinizə xatırlatma və ya kampaniya bildirişi göndərərək, onları yenidən saytınızdan alış-veriş etməyə təşviq edə bilərsiniz.
E-ticarətə başlamaq üçün Odero-ya müraciət edərək, cəmi 2 həftə ərzində öz onlayn mağazanıza sahib ola bilərsiniz. Müraciət etdiyiniz zaman e-ticarət mütəxəssislərimiz sizinlə əlaqə saxlayaraq, bütün suallarınızı cavablandıracaqlar.
Digər yazılara baxın
Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar
Rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu proses davamlı olaraq inkişaf edir. Bir zamanlar bank kartlarından istifadə bugünkü qədər geniş yayılmamışdı, hazırda onlayn alış-veriş, mobil ödənişlər və rəqəmsal maliyyə xidmətləri gündəlik həyatımızın bir hissəsidir.
Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?
Sosial media kiçik bizneslər üçün yalnız məhsul və xidmətlərin tanıdıldığı platforma olmaqdan çıxaraq satış kanallarından birinə çevrilib. Müştəri məhsulu sosial mediada görür, bizneslə birbaşa əlaqə saxlayır, sifarişini verir və bütün prosesi onlayn şəkildə tamamlamaq istəyir.
Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq
Sentyabr ayı yeni tədris ilinin başlanğıcı ilə yanaşı, məktəb və təhsillə bağlı xərclərin də artdığı dövrdür. Dəftərxana ləvazimatlarından məktəb geyimlərinə, kurslardan təhsil ödənişlərinə qədər bir çox ehtiyac məhz bu dövrdə aktuallaşır.
Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?
Onlayn alış-verişin inkişafı ilə istifadəçilərin ödəniş üsullarına olan gözləntiləri də dəyişir. Müştərilər artıq yalnız məhsul və ya xidmət seçiminə deyil, ödənişi necə həyata keçirə biləcəklərinə də önəm verirlər. Kartla ödəniş, rəqəmsal cüzdanlar və digər alternativlərlə yanaşı, taksitli ödəniş imkanı da daha çevik alış-veriş təcrübəsinin bir hissəsinə çevrilib.
Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?
Rəqəmsal ödənişlərin gündəlik həyatımızda geniş yayılması ilə kartdan-karta köçürmələr də vəsait göndərməyin ən çox istifadə olunan üsullarından birinə çevrilib. Lakin şəxslər arasında pul köçürmək üçün rahat olan bu üsul, bizneslərin müştərilərindən davamlı şəkildə ödəniş qəbul etməsi üçün hər zaman ən uyğun seçim deyil.
QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?
Son illərdə rəqəmsal ödəniş texnologiyalarının inkişafı ilə QR kod vasitəsilə ödənişlər həm dünyada, həm də Azərbaycanda geniş yayılmağa başlayıb. Sadəcə bir QR kodu skan etməklə ödənişi bir neçə saniyə ərzində tamamlamaq mümkündür.