October 3, 2023

Virtual POS nədir? Necə əldə etmək olar?

Alış-veriş zamanı istifadəçilərin əksəriyyəti debet və ya kredit kartları ilə ödəniş etməyi tərcih edirlər. Virtual POS-un məğzi kartınızı cihaza yaxınlaşdırarkən mağazada ödəniş edildiyi kimi alıcının bank və kredit təşkilatındakı hesabından alınan məhsul və xidmətin pulunun satıcının bank hesabına köçürülməsinə əsaslanır.

Belə ki, E-Ticarət saytınız varsa və onlayn alış-veriş təklif edirsinizsə, virtual mağazalarınızda daha çox satış edə bilmək üçün saytınızda virtual POS sisteminin olması zəruridir.

Virtual POS harada istifadə olunur?

Virtual POS-dan satışın internet üzərindən aparılacağı bütün internet saytlarında istifadə oluna bilər. Virtual POS asan, əziyyətsiz və təhlükəsiz alış-veriş təmin edir. Veb saytınız vasitəsilə məhsul və ya xidmətinizi satmaq üçün virtual POS-dan istifadə edə bilərsiniz. Virtual POS sistemi onlayn alış-veriş vasitəsilə məhsul və ya xidmətlər təklif edən E-Ticarət saytlarında kredit kartı və debet kartı ilə ödəniş etmək üçün istifadə olunur. Klassik kredit kartlarının skan edildiyi VPOS kimi tanınan bu sistem bir növ POS cihazlarının virtual versiyası kimi təsvir edilə bilər. 

Müştəriniz ödəniş edərkən kartı POS terminaldan keçirmək əvəzinə onlayn ödəniş ekranına kart məlumatlarını daxil edir. İstifadəçinin kart məlumatı ilə daxil edilmiş məlumatlar virtual POS-a aid banka ötürülür və əməliyyatın təsdiqi gözlənilir. Siz banklar və ya ödəniş qurumları vasitəsilə virtual POS əldə edə bilərsiniz. Banklar vasitəsilə edilən müraciətlər ödəniş qurumları vasitəsilə edilən müraciətlərə nisbətən daha çox vaxt aparır və baha başa gəlir. Ona görə də, ödəniş qurumlarını seçmək əslində daha cəlbedici variantdır. Odero isə bu prosesləri sizə həm rahat və sadə, həm də tez və təhlükəsiz şəkildə yerinə yetirmək imkanı yaradır. Əməliyyatlarınızı güvənli şəkildə həyata keçirmək üçün aparıcı texnologiyalar şirkəti olaraq Koç Holdinq zəmanəti ilə onlayn həllər təklif edirik. Bundan başqa, ödənişlər “Ödəniş kartı sahəsində məlumat təhlükəsizliyi standartları”nın (PCI DSS) aktual tələblərinə uyğun olaraq həyata keçirilir.

ODERO ilə virtual pos əldə edin!

  • Korporativ hesabınızı yaradın.
  • Məlumat və sənədləri tamamlayın.
  • Elektron müqaviləni təsdiqləyin və dərhal ödənişlərinizi almağa başlayın.

Virtual POS əldə etmək xidmətimizdən yararlanmaq üçün Oderoya həm fərdi sahibkarlar, həm də hüquqi şəxslər müraciət edə bilər. Bunun üçün tələb olunan sənədlər aşağıdakılardır:

Fərdi sahibkarlar üçün:

  • VÖEN
  • Səlahiyyətli şəxsin şəxsiyyət vəsiqəsi
  • Bank hesabı rekvizitləri

Hüquqi şəxslər üçün:

  • VÖEN
  • Səlahiyyətli şəxsin şəxsiyyət vəsiqəsi
  • Bank hesabı rekvizitləri
  • Dövlət Reyestrindən çıxarış

Niyə Odero Virtual POS?

  1. Veb-saytınızda vahid tariflə satış edin və bir ekrandan idarə etmə ilə işlərinizi asanlıqla izləyin.
  2. Bütün banklarla vahid razılaşma. Beləliklə, siz bütün debet və kredit kartları ilə ödənişləri vahid tariflə qəbul edə və müştərilərinizə geniş ödəniş imkanları təklif edə bilərsiniz.
  3. Tək ekrandan ləğv etmə və geri qaytarma - Ləğv etmə və geri qaytarma əməliyyatlarınız üçün bankların öz platformlarına daxil olmağa ehtiyac yoxdur. Bütün bu əməliyyatlar vahid ekrandan idarə oluna bilər.
  4. Konsolidə olunmuş hesabat - Odero Virtual POS-un asan hesabat ekranı ilə vaxtınıza qənaət edin. İndi siz bütün əməliyyatlarınız üçün hesabatları bir ekranda görə bilərsiniz.
  5. Uğurlu əməliyyat - Odero Virtual POS-un əməliyyatların təsdiq nisbətini artıran ağıllı sistemi, POS və bank nasazlıqları səbəbilə əməliyyatların kəsilməsinin qarşısını alır. Nəticədə əməliyyatların təsdiq nisbətini artıraraq, gəlirinizi səylə artırmağınıza kömək edir.

Digər yazılara baxın

Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar

Rəqəmsal dövrdə kibertəhlükəsizlik: Süni intellektin rolu və yeni imkanlar

Rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu proses davamlı olaraq inkişaf edir. Bir zamanlar bank kartlarından istifadə bugünkü qədər geniş yayılmamışdı, hazırda onlayn alış-veriş, mobil ödənişlər və rəqəmsal maliyyə xidmətləri gündəlik həyatımızın bir hissəsidir.

Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?

Sosial mediadan satışdan onlayn ödənişə: Kiçik bizneslər ödənişi necə qəbul edə bilər?

Sosial media kiçik bizneslər üçün yalnız məhsul və xidmətlərin tanıdıldığı platforma olmaqdan çıxaraq satış kanallarından birinə çevrilib. Müştəri məhsulu sosial mediada görür, bizneslə birbaşa əlaqə saxlayır, sifarişini verir və bütün prosesi onlayn şəkildə tamamlamaq istəyir.

Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq

Məktəb alış-verişindən təhsil ödənişlərinə, Odero ilə rəqəmsal rahatlıq

Sentyabr ayı yeni tədris ilinin başlanğıcı ilə yanaşı, məktəb və təhsillə bağlı xərclərin də artdığı dövrdür. Dəftərxana ləvazimatlarından məktəb geyimlərinə, kurslardan təhsil ödənişlərinə qədər bir çox ehtiyac məhz bu dövrdə aktuallaşır.

Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?

Bir ödəniş, bir neçə hissə: Onlayn taksit ödənişləri necə işləyir və hansı üstünlükləri yaradır?

Onlayn alış-verişin inkişafı ilə istifadəçilərin ödəniş üsullarına olan gözləntiləri də dəyişir. Müştərilər artıq yalnız məhsul və ya xidmət seçiminə deyil, ödənişi necə həyata keçirə biləcəklərinə də önəm verirlər. Kartla ödəniş, rəqəmsal cüzdanlar və digər alternativlərlə yanaşı, taksitli ödəniş imkanı da daha çevik alış-veriş təcrübəsinin bir hissəsinə çevrilib.

Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?

Kartdan-karta köçürmələrdə yeni qaydalar: bizneslər hansı alternativlərdən istifadə edə bilər?

Rəqəmsal ödənişlərin gündəlik həyatımızda geniş yayılması ilə kartdan-karta köçürmələr də vəsait göndərməyin ən çox istifadə olunan üsullarından birinə çevrilib. Lakin şəxslər arasında pul köçürmək üçün rahat olan bu üsul, bizneslərin müştərilərindən davamlı şəkildə ödəniş qəbul etməsi üçün hər zaman ən uyğun seçim deyil.

QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?

QR kod vasitəsilə ödənişlər: AZQR nədir və nağdsız ödənişləri necə sadələşdirir?

Son illərdə rəqəmsal ödəniş texnologiyalarının inkişafı ilə QR kod vasitəsilə ödənişlər həm dünyada, həm də Azərbaycanda geniş yayılmağa başlayıb. Sadəcə bir QR kodu skan etməklə ödənişi bir neçə saniyə ərzində tamamlamaq mümkündür.