Odero Haqqında
Bizdən xəbərlər

Virtual POS nədir? Necə əldə etmək olar?
Alış-veriş zamanı istifadəçilərin əksəriyyəti debet və ya kredit kartları ilə ödəniş etməyi tərcih edirlər. Virtual POS-un məğzi kartınızı cihaza yaxınlaşdırarkən mağazada ödəniş edildiyi kimi alıcının bank və kredit təşkilatındakı hesabından alınan məhsul və xidmətin pulunun satıcının bank hesabına köçürülməsinə əsaslanır. Belə ki, E-Ticarət saytınız varsa və onlayn alış-veriş təklif edirsinizsə, virtual mağazalarınızda daha çox satış edə bilmək üçün saytınızda virtual POS sisteminin olması zəruridir.

E-ticarətdə sosial medianın önəmi
Elektron ticarət sektoru günü-gündən daha çox insanın diqqətini cəlb edir. Hər nə qədər rəqəmsal sistemlər müştərilərə əlçatanlığı asanlaşdırsa da, bu gün bir çox e-ticarət saytları mövcuddur. Onlayn satışda uğurlu satıcı olmaq istəyirsizsə, sosial medianın e-ticarətdəki önəmini unutmamalısız. Bu yol hədəf auditoriyanıza daha effektiv şəkildə çatmağınıza kömək edəcək. Xüsusilə də e-ticarət saytınızı yeni qurduğunuz zaman, markanızın yaradılması, özünüzü hədəf auditoriyanıza tanıtmaq və onlarla əlaqə yaratmaq kimi məsələlərdə köməyinizə çatacaq. Sosial medianın vacibliyi bununla bitmir, o sizə həm də rəqiblərinizi təhlil etmə imkanı da yaradır.

Azərbaycanda e-ticarətin inkişafı
Son 30 il ərzində informasiya texnologiyalarının inkişafı ilə bütün dünyada olduğu kimi Azərbaycanda da elektron ticarətə maraq artmaqdadır. İnsanlar e-ticarət platformaları sayəsində istədikləri vaxt və istədikləri yerdən alış-veriş edə bilirlər. Ölkəmizdə onlayn satış həm websaytlar vasitəsi ilə, həm də sosial media üzərindən aparılır. Tik Tok, İnstagram kimi platformalar ölkəmizdə ən çox satış edilən proqramlardır.

E-ticarət: nə sata bilərəm?
Bir çox dünya ölkələrində olduğu kimi Azərbaycanda da e-ticarət sektoru günü gündən inkişaf edir. Texnologiyanın inkişafı və istənilən vaxt şəbəkəyə daxil olmaq imkanı onlayn biznes layihələrini cəlbedici, sadə və kifayət qədər gəlirli edir. Ancaq bu sadəliyin də müəyyən qədər aldadıcı hissələri var. Buna görə də onlayn satışda uğurlu nəticə əldə etmək üçün bəzi nüanslara xüsusi diqqət göstərmək lazımdır. Xüsusi ilə də, elektron ticarətdə ən yaxşı satıla biləcək məhsullar tapmaq lazımdır. Bu məqalədə sizlərə onlayn mağazada hansı növ məhsulların daha sürətli satıldığını araşdırmışıq.

E-ticarətdə ödəniş metodları
Elektron ödənişlər internet kommersiyanın və internet bankçılığının inkişafı ilə geniş vüsət almağa başlayıb. Günümüzdə elektron kommersiyada əsas ödəniş vasitələri artıq plastik kartlar vasitəsi ilə həyata keçirilir. Onlayn ödənişlərin təmassız olması və səmərəliliyi artıq nağd ödənişdən istifadə metodunu kifayət qədər azaldıb. Son dövrlərdə tətbiq olunan ödəniş vasitələri, həm müştəri məmnuniyyətinin təmin olunması kömək edir, həm də internet dələduzları tərəfindən edilə biləcək mümkün müdaxilələrin qarşısını alır.

2023 E-ticarət trendləri
Günümüzdə mobil cihazlardan və yüksək sürətli internetdən istifadənin artması, demək olar ki, dünyanın hər yerində sosial şəbəkələrdən geniş şəkildə yararlanmağa şərait yaradır. Bu isə öz növbəsində elektron ticarətin böyüməsinə və inkişafına təkan verir. Bəs milyardlarla insanın fəal şəkildə istifadə etdiyi sosial mediadan marketinq ehtiyacları üçün necə istifadə edə bilərik? Ümumiyyətlə, Sosial Media Marketinqi nədir? Sosial media ilə onlayn satışlarımızı necə artıra bilərik?

E-ticarət nədir və bu ticarətə necə başlamaq olar?
E-ticarət hamımızın bildiyi ticarət sisteminin bütövlükdə onlayn olaraq idarə edilməsidir. Elektron ticarətdə məhsulların satışı, paylanması, ödənişi və reklamı prosesləri internet üzərindən həyata keçirilir. Bu ticarətin ən böyük üstünlüklərindən biri də odur ki, alış-veriş etmək üçün heç bir fiziki fəaliyyət tələb olunmur və müştəri bazası müəyyən bir coğrafi ərazi və ya bölgə ilə məhdudlaşmır.