Haqqımızda
Bloq
E-ticarətdə ödəniş metodları
Elektron ödənişlər internet kommersiyanın və internet bankçılığının inkişafı ilə geniş vüsət almağa başlayıb. Günümüzdə elektron kommersiyada əsas ödəniş vasitələri artıq plastik kartlar vasitəsi ilə həyata keçirilir. Onlayn ödənişlərin təmassız olması və səmərəliliyi artıq nağd ödənişdən istifadə metodunu kifayət qədər azaldıb. Son dövrlərdə tətbiq olunan ödəniş vasitələri, həm müştəri məmnuniyyətinin təmin olunması kömək edir, həm də internet dələduzları tərəfindən edilə biləcək mümkün müdaxilələrin qarşısını alır.
2023 E-ticarət trendləri
Günümüzdə mobil cihazlardan və yüksək sürətli internetdən istifadənin artması, demək olar ki, dünyanın hər yerində sosial şəbəkələrdən geniş şəkildə yararlanmağa şərait yaradır. Bu isə öz növbəsində elektron ticarətin böyüməsinə və inkişafına təkan verir. Bəs milyardlarla insanın fəal şəkildə istifadə etdiyi sosial mediadan marketinq ehtiyacları üçün necə istifadə edə bilərik? Ümumiyyətlə, Sosial Media Marketinqi nədir? Sosial media ilə onlayn satışlarımızı necə artıra bilərik?
E-ticarət nədir və bu ticarətə necə başlamaq olar?
E-ticarət hamımızın bildiyi ticarət sisteminin bütövlükdə onlayn olaraq idarə edilməsidir. Elektron ticarətdə məhsulların satışı, paylanması, ödənişi və reklamı prosesləri internet üzərindən həyata keçirilir. Bu ticarətin ən böyük üstünlüklərindən biri də odur ki, alış-veriş etmək üçün heç bir fiziki fəaliyyət tələb olunmur və müştəri bazası müəyyən bir coğrafi ərazi və ya bölgə ilə məhdudlaşmır.

