Odero Haqqında
Bizdən xəbərlər

“Hədəfimiz Azərbaycan e-ticarətinə yenilik gətirərək, bazarda lider olmaqdır.”
“Odero” brendi “Koç Holding” şirkətlər qrupunun üzvü, Türkiyənin lider ödəniş xidməti provayderi olan “Token Finansal Teknolojiler A.Ş” şirkətinin elektron ticarət sahəsindəki markasıdır. Şirkətimiz kiçik və orta sahibkarlıq subyektlərinə ödəniş texnologiyaları təqdim etmək, maliyyə xidmətlərini demokratikləşdirmək və hamı üçün əlçatan etmək məqsədi ilə 2020-ci ildə təsis edilmişdir.

“Koç Holding”in yeni ödəniş sistemi Odero Azərbaycanda!
“Biznesmen istəsin, edər o!” mottolu Odero markası ilə yola çıxan Token Azərbaycan MMC Forbes 500 siyahısında yer alan “Koç Holding”in Azərbaycandakı Fintech (Financial Technology) şirkətidir. Onlayn ödənişə innovativ yanaşma gətirən Odero bazara yeni maliyyə vərdişləri qazandırmağı və onlayn satışı asanlaşdırmağı hədəfləyir. Şirkət veb-mağaza və onlayn ödəniş qəbulu xidmətləri ilə biznesmenlər və müştərilər arasında tam etibarlı, sürətli və istifadəçi dostu rəqəmsal ödəniş təcrübəsi yaradır.